Cinsəl sağlamlıq → Boru sonsuzluğu
Uşaqlıq borularının keçiriciliyinin pozulması sonsuzluğa səbəb olan amillərin arasında əsas yerlərdən birini tutur.
Uşaqlıq boruların funksiyaları çox mühümdür. Ovulyasiya olduqdan sonra yetişmiş yumurta hüceyrəsi yumurtalığı tərk edir. Bu zaman yumurtalığa yaxın yerləşən uşaqlıq borularının saçaqlı çıxıntıları - fibriyalar - öz hərəkətləri ilə yumurta hüceyrəsini uşaqlıq borusuna qovur. Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusunun daxili divarlarını örtən kiçik kipriciklərin hərəkətləri ilə uşaqlıq borusunun ampulyar hissəsinə çatdırılır. Burada spermatozoidlər olduqda mayalanma baş verir. Spermatozoidin və yumurta hüceyrəsinin birləşməsindən əmələ gələn yeni hüceyrə uşaqlıq borusunun vasitəsilə uşaqlıq boşluğuna çatdırılır. Beləliklə, uşaqlıq borusu çox vacib "nəqliyyat" funksiyasını yerinə yetirir. Əgər bu prosesdə cüzi də Ardı »