Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞahmatMaks Eyve-hollandların iftixarı

«Elmin və şahmatın oxşar xüsusiyyətləri ondan ibarətdir ki, hər ikisi qarşıya qoyulmuş məqsədə çatmaqda intizamlı və ardıçıl olmağı tələb edir».
M. Eyve
Ərazicə çox da böyük olmayan Hollandiya istedadlarla həmişə heyrətamiz dərəcədə zəngin olmuşdur. Bu kiçik ölkə dünyaya dahi filosoflar, fiziklər, riyaziyyatçılar, bioloqlar, rəssamlar, musiqiçilər bəxş etmişdir. Hyugens və Lorents kimi fiziklərin, mikroskopun ixtiraçısı Levenhukun, Van Deyk və Rembrandt kimi rəssamların, humanist və mütəfəkkir Erazm Rotterdamskinin adları bəşəriyyət tarixinə əbədi olaraq daxil olmuşdur. Şahmat sahəsində isə hollandiyada uzun müddət bu dahilərə bərabər istedad yox idi. Ona görə də 1935-ci ildə M. Eyve Alyoxinlə matçda qalib gələrkən hollandların keçirdiyi sevinci başa düşmək olardı. Düzdür, Ardı »

ŞahmatEmmanuil Lasker

Şahmat taxtası üzərində yalana və riyakarlığa yer yoxdur.
Şahmat kombinasiyasının gözəlliyi ondadır ki, bu kombinasiya-həmişə doğruçudur.
E. Lasker.

1894-cü il mayın 26-da dünya şahmat həvəskarları yeni çempionun elan olunduğundan xəbər tutdu. Əl ağacına söykənərək, kreslodan ağır-ağır qalxan Steynits yeni dünya çempionu Laskerin şərəfinə üç dəfə «ura» deyərək onu təbrik etdi...
Emanuil Lasker 1868-ci il dekabrın 24-də Almaniyanın Berlinxen şəhərində anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata sonsuz həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərdilər. Laskerin şahmata müraciət etməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı. Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. Ardı »

ŞahmatAleksandr Alyoxin

MƏĞLUBEDILMƏZ ÇEMPION

«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.

Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı. Alexander Alekhin Ardı »

ŞahmatAdolf Andersen

ŞAHMAT SEHRBAZI
XIX əsrin ortalarında şahmat Avropa və Amerikada geniş yayılmışdı. Şahmatın belə populyar olmasını nəzərə alaraq böyük beynəlxalq turnir keçirmək qərara alındı. Ingilislərin təşəbbüsü ilə keçiriləcək bu turnir, «Ən güclü şahmatçı kimdir?» sualına cavab verməli idi.
1851-ci ildə Londonda ilk beynəlxalq turnir start götürdü. Turnirdə Avropanın ən güclü şahmatçıları mübarizə aparırdılar. Iştirakçılar arasında heç kəsin tanımadığı Almaniyadan gəlmiş 33 yaşlı riyaziyyat müəllimi Adolf Andersen də vardı. Məhz Andersen hamını heyrətdə qoyaraq, turnirin qalibi adına layiq görüldü.
Andersen, 1818-ci il iyulun 6-da Breslavlda (indiki Vrotslav) yoxsul ailədə anadan olmuşdur. 9 yaşında ikən şahmatla tanış olmuş və ömrünük axırınadək bu qədim müdrik oyuna bağlanmışdı. O, Ardı »

ŞahmatAleksandr Alyoxin | Dahi şahmatçının həyatı

Tacı heç kimə vermədən həyatla vidalaşan yeganə dünya çempionu Aleksandr Alyoxin 1892-ci il oktyabrın 31-də Moskva şəhərində anadan olub. Dördüncü dünya çempionu olan Alyoxin bu titula 1927-35 və 1937-46 cı illərdə sahib çıxıb. Rusiyalı şahmatçı "gözübağlı" oyunda dünya rekordçusu sayılır. L. İ. Polivanov adına klassik gimnaziyanı bitirən (1901-10) şahmatçı ardından İmperator hüquq məktəbində (1911-14) təhsil alıb. Hüquq məktəbini bitirən Alyoxinə titullu məsləhətçi rütbəsi verilib. Bu amil onun yüksək şahmatçı keyfiyyətlərindən xəbər verirdi.

Alyoxin şahmatda ilk addımlarını 7 yaşında atıb. O, 12 yaşından etibarən şahmata ciddi münasibət bəsləməyə başlayıb. Alyoxinin beynəlxalq aləmdə debütü 1908-ci ilə təsadüf edib. İlk beynəlxalq turnirdə 4-5-ci yerləri Ardı »

ŞahmatPol Morfi

METEORA BƏNZƏR
Ilk beynəlxalq London turnirinin başlanmasına 1 il qalmış həmin yarışların gələcək iştirakçısı, Macarıstan çempionu, usta I. Levental ABŞ-da qastrol səfərində idi. 1850-ci il mayın 22-də Yeni Orleanda olarkən ondan 12 yaşlı oğlanla oynamağı xahiş etdilər. Görkəmli usta ev sahiblərinin xətrinə dəyməmək üçün təklifə razı oldu.
Taxtada rus görüşü oynanılarkən, 8-ci gedişdə balaca oyunun sürətli inkişafını davam etdirmək üçün fili atla dəyişir. 13-cü gedişdə isə kombinasiya quraraq, uduşlu sonluğa nail olur. Levental çox fikirləşsə də oyunda dönüş yarada bilmir. Rəqibinin gedişlər üzərində çox düşünməsindən yorulan balaca şahmatçı 57-ci gedişdə səhvə yol verir. Macarıstan çempionu bundan istifadə edərək, oyunu heç-heçə başa çatdırmağa müvəffəq Ardı »

ŞahmatŞahın matı qurudu...

İyulun 20-nin Beynəlxalq şahmat günü olduğu artıq hamıya məlumdur. Lakin dünyanın ilk şahmatçı qadını barəsində, yəqin ki, çoxlarınız eşitməmisiniz. Elə isə, keçək mətləbə...

Söhbət Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvidən gedəcək. Məhsəti Gəncəvinin adı, ümumiyyətlə, bir çox sahələrdə birincilik qazanmış insan kimi tarixə düşüb. O, şahmatçı qadın olmaqla yanaşı, həm də məşhur Azərbaycan şairəsi, görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımız olub.

Sən hamıdan böyüksən...
Məhsəti GəncəviMəhsəti Gəncəvi, təqribən, 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər də burada yaşamışdır. Əsl adı Mənicə imiş. Deyilənlərə görə, Sultan Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan Ardı »

ŞahmatSteynits-ilk şahmat çempionu

Şahmat mənən zəif adamlar üçün deyil. Şahmat adamdan varlığını bütünlüklə ona verməyi tələb edir...
V. Steynits.

1859-cu ildə şahmat səmasında meteor kimi çaxıb-sönən Morfidən sonra Andersen yenidən ən güclü şahmatçı adını qazanır.1862-ci ildə ikinci beynəlxalq London turnirindəki qələbəsi onun şöhrətini daha da artırır. Lakin dörd ildən sonra Andersen heç kimin tanımadığı usta V. Steynitsə gözlənilmədən məğlub olur. 8:6 hesabı ilə qalib gələn Steynits(Wilhelm Steinitz) özünü dünya çempionu elan edir. Lakin şahmat həvəskarları Morfiyə qalib gəlməyən yeni çempion barəsində eşitmək belə istəmirlər. Ona görə də London turnirinin yeni qalibi 1883-cü ilin yanvarında Morfi ilə oynamaq üçün Yeni Orleana (ABŞ) getmək qərarına gəlir. O, Morfinin Ardı »