Şahmat → Şahmatın tarixi haqda əfsanə
Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər. Bəzi sənədlər şahmatın hindistanlı bir alim tərəfindən kəşf olunduğunu göstərir. Alim bu oyunu kəşf etdikdən sonra şaha hədiyyə edir. Şah bu hədiyyədən razı qalır və: “Oyunu bəyəndim, buna görə məndən nə istəyirsən?” — deyə soruşur. Alim: “Bir qədər buğda istəyirəm”, — deyə cavab verir. Sonra isə: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən iki dəfə çox buğda istəyirəm”, — deyir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan Ardı »