Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞahmatŞahmat terminləri

Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı
Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir.
Debüt üç növə bölünür:
* açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5);
* yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər);
* bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər).
Mittelşpil — Hər iki tərəfin əsas qüvvələrini hərəkət etdirərək, mübarizənin başlandığı mərhələsi
Endşpil — (almanca: oyunun sonu) Şahmat oyununun sonluq hissəsi belə adlanır. Başlıca Ardı »

ŞahmatMixail Botvinnik

1925-ci il noyabrın 20-də dünya çempionu Kapablanka Leninqrad filarmoniyasının konsert zalında eyni vaxtda oyun seansı keçirirdi. O, taxtadan-taxtaya keçir, fikirləşmədən fiqurları döyüşə atırdı. Lakin bir görüş üzərində getdikcə daha çox düşünməyə məcbur olurdu. Çempionun rəqibi 14 yaşlı Leninqrad məktəblisi Botvinnik idi.33-cü gedişdə vəziyyətin çıxılmaz olduğunu görən Kapablanka məğlub olduğunu bildirdi. Leninqradlılarla vidalaşarkən dünya çempionu ona qalib gələnin kim olduğunu soruşdu. Balacanın adının Mişa Botvinnik olduğunu bilib əlavə etdi: Belə fikirləşirəm ki, onun böyük gələcəyi var.Mixail BotvinnikKapablankanın bu sözləri çox keçmədi ki, özünü doğrultdu. Botvinnik 2 ildən sonra usta normasını yerinə yetirdi. 6 ildən sonra ilk dəfə olaraq SSRI çempionu adını qazandı. Ardı »

ŞahmatXose Raul Kapablanka

AZADLIQ ADASINDAN OLAN ŞAHMATÇI
«Siz qətiyyətli olmalısınız! Əgər düşünürsünüzsə ki, gediş yaxşıdır, onu əldən buraxmayın. Təcrübə ən yaxşı müəllimdir».
X. R. Kapablanka.
1888-ci il noyabrın 19-da uzaq Kuba adasında havanalı şahmat həvəskarının ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Onu həyatda öz vətənini şöhrətləndirmək, dahi şahmatçı və dünya çempionu olmaq kimi böyük səadət gözləyirdi. Bu, Xose Raul Kapablanka idi.
O, şahmat oynamağı 4 yaşında ikən atasının oyununa baxarkən öyrənmişdi. Balaca Xose bir neçə gün ərzində müstəqil olaraq şahmatın əsasını elə öyrəndi ki, atası zəif gediş edəndə onun səhvini tutdu. Oğlunun şahmatın sirlərinə bələd olmasından heyrətlənən atası balacaya şahmat oynamağı təklif etdi. Görüş dörd yaşlı Xosenin Ardı »

ŞahmatŞahmat haqqında

Şahmat oyununun dəqiq yaşı məlum deyil. Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixini miladdan öncə 3-2-ci minilliklərə aid edir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata 5-ci əsrə aid fars poemasında təsadüf olunur. Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir. Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər.
Sasani şahı Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə ( 531-579 ) şahmat İranda, o cümlədən Yaxın şərqdə geniş yayılır. Şahmat oyunu haqqında məlumata Ə.Firdovsinin " Şahnamə " əsərində də rast gəlmək olar. Poemada hind racəsi tərəfindən Sasani şahına təqdim edilən hədiyyələr arasında iki ordunun döyüşünü Ardı »

ŞahmatŞahmat taxtasındakı buğda

Bu gün şahmat deyə bildiyimiz oyunu hazırlayan alim, oyunu hind şahına təqdim etdiyində çox məmnun olan şah:- "Dilə məndən, nə diləyirsən" deyir. Alim ona uzadılan xəzinə otağının açarını əlinin tərsiylə itələyib, şahdan şahmat taxtasının sol alt küncündəki xanaya bir buğda dənəsi qoymasını və sonra hər xanaya bir əvvəlki xanadan iki qat artıq buğda dənəsi qoymasını, bu şəkildə 64 xanaya qədər getməsini istəyir. "Mənə bu qədər buğda versəniz yetər"- deyə cavab verir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona dərs vermək üçün əyanlarına: "Onun dediklərini hesablayın və artıq bir dənə Ardı »

ŞahmatRobert Fişer

Heç bir dünya çempionu haqqında Robert Fişer qədər yazılmayıb. Yaxşı da yazırdılar, pis də. Onun heyrətamiz qələbələrindən və şıltaqlıqlarından yazırdılar. Lakin hər hansı bir görkəmli şahmatçını qiymətləndirmək üçün başlıca meyar onun idman nəticələridir. «Fişerin nəticələri isə çox şeydən xəbər verir:bu, misilsiz hadisədir».—A. Karpov öz sələfi haqqında 1980-ci ildə belə yazmışdır. Bəs, bu Fişer kimdir?

Robert Fişer-şahmat çemiponu,chess champion

Robert Ceyms Fişer 1943-cü il martın 9-da Çikaqoda (ABŞ); anadan olmuşdur. Onu tibb bacısı işləyən anası tərbiyə etmişdir. Bobbinin (uşaqlıqda Fişeri belə çağırırdılar) 6 yaşı tamam olanda böyük bacısı Coan ilk dəfə olaraq onu şahmatla tanış etdi. Həmin vaxtlar Bobbidən arzuladığı şey barəsində soruşanda o, Ardı »

ŞahmatBoris Spasski

30 il bundan əvvəl, Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski ilə adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verir. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğradır. O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4—5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı olur. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlanır.Борис Спасский (Boris Spasskiy)

B. Spasski Борис Васильевич Спасский ) 1937-ci il yanvarın 30-da Leninqradda anadan olmuşdur. O, müharibədə ata-anasını itirmiş, uşaq Ardı »

ŞahmatŞahmat oyunu

Şahmat — taxta lövhə üzərində keçirilən strateji oyun növüdür. Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə şahmat Hindistanda yaradılmışdır.Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı.Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.
Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını Ardı »