Maraqli Melumatlar ve gozellik sirleri → Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir
"Kor qısqanclıq" ifadəsi, sən demə, sadəcə, obrazlı şəkildə söylənilmiş sözlər deyilmiş. "The Teleqraph"ın məlumatına görə, alimlər müəyyənləşdiriblər ki, qısqanc olmaq hissi qadınların birbaşa şəkildə görmə qabiliyyətlərinə mənfi təsir edir. ABŞ-ın Delaver institutu tərəfindən aparılan araşdırmalar zamanı çox maraqlı nəticələr qeydə alınıb. Müəyyənləşdirilib ki, qısqanc olan qadınlar o dərəcədə mənfi emosiyalara qapılırlar ki, axtardıqları əşyaları belə tapmaq iqtidarında olmurlar. Laboratoriya şəraitində aparılan təcrübədə yanaşı, lakin ayrı-ayrı kompüterlərin arxasında oturan cütlüklər iştirak ediblər. Təcrübədə iştirak edən qadınların vəzifəsi sürətlə bir-birini dəyişən təbiət təsvirlərinin fonunda ara-sıra yer alan emosiyalara mənfi təsir göstərən kadrları yox etməyə cəhd göstərmək olub.
Kişilər isə ekranda cəlbedici təsvirləri seçməli idilər. Ardı »