Maraqli Melumatlar ve gozellik sirleri → Gözəllik inyeksiyaları (botoks və s.)
"Gözəllik inyeksiyaları" (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar. Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima "hərəkət edir" — biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır.
Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.
"Gözəllik Ardı »