Maraqli Melumatlar ve gozellik sirleri → “Kişilər sağlamlığa deyil, gözəlliyə baxırlar”
Hazırda Bakıda hər addımda gözəllik salonu ilə qarşılaşırıq. Salonların əksərində isə sanitar-gigiyenik vəziyyət ürəkaçan deyil. Təəssüflər ki, gözəllik salonuna biznes, asan pul qazanmaq mənbəyi kimi münasibət göstərənlərin sayı çoxdur. Gözəllik salonu üçün vacib standartlara, eləcə də sağlamlıq məsələlərinə fikir verən isə azdır.
Yəqin bu səbəbdəndir ki, Bakıdakı gözəllik salonlarından birində bir qadın qaşlarını tatu etdirdikdən sonra QİÇS virusuna yoluxmuşdu. Xanımları gözəlləşdirməyi qarşısına məqsəd qoymuş bu məkanlar bəzən gözəlliyin deyil, yoluxucu xəstəliklərin yuvasına çevrilir. Gözəllik salonlarında zəruri sanitar-gigiyenik normalara əməl edilmədikdə təhlükəli Hepatit B, C viruslarına və QİÇS-ə yoluxma ehtimalı çoxdur.
Gözəl olmaq istəyərkən sağlamlığını itirmək istəməyən xanımlar üçün gözəllik salonlarından birinə üz tutduq Ardı »