Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beynəlxalq Saç Cərrahiyyəsi Cəmiyyəti (ISHRS) tərəfindən edilən araşdırmanın nəticələrinə görə qadın

Hər mövsüm dizaynerlər parıltılı geyimlər hazırlayırlar. Bu cür geyimlərin artıq trendə uyğun olmadığına baxmayaraq, bəzi mərasimlər üçün məhz belə geyimlər lazım olur. Qadınlar parıltılı geyimləri sevsələr də çox zaman vulqar görünüşə sahib olduqlarının fərqinə varmırlar. Əgər siz də parıltılı geyim seçərkən çətinliklə üzləşirsinizsə, o zaman məsləhətlərimizdən faydalanın, bəlkə o zaman seçim etmək daha rahat olar.
Parıltılı geyim və aksessuarlar daim diqqət cəlb edir. Fərqi yoxdur bu kiçik bir yaxa sancağıdır və ya parıltılı bir köynəkdir – insanlar hər şeydən öncə sizdə bu detala diqqət yetirəcəklər. Diqqətləri parıltılı geyim və aksessuarlara cəlb etməklə siz bədəninizdəki müəyyən qüsurları da "gizlətmiş" olursunuz. Məsələn, əgər nazik beliniz varsa və siz onu daha da vurğulamaq istəyirsinizsə, parıltılı bir kəmər taxın. Əgər sizin qıçlarınızdan xoşunuz gəlirsə və ətrafdakıların da onların gözəlliyini hiss etmələrini istəyirsinizsə, parıltılı bir şalvar geyinməklə bütün diqqətləri qıçlarınıza yönəldə bilərsiniz. Yaxud da əgər bud hissəniz kökdürsə və bunun diqqət çəkməməsini istəyirsinizsə, parıltılı bir köynək bütün diqqətləri sizin beldən yuxarı hissənizə yönəldəcək. Bu məqsədlə adi parıltılı şarf da köməyinizə gələ bilər.
Belə geyimləri seçərkən çox ehtiyatlı olmaq lazımdır ki, bu, ətrafdakılarda barənizdə zövqsüzlük təəssüratı yaratmasın. Qayda çox sadədir: geyindiyiniz parça nə qədər çox parıltılıdırsa, siz onu bir o qədər az vurğulamalısınız. Bu cür paltarları gündəlik də geyinə bilərsiniz, amma bir şərtlə ki, bu, insanların çox gözünə girməməli və sizə baxan gözləri yormamalıdır.
Parıltılı geyim qadını olduğundan kök göstərir. Ona görə də, arıq qızlara daha gözəl yaraşır. Əgər çəkiniz ideal deyilsə, amma parıltılı geyimlər sizin zəif nöqtənizdirsə, o zaman yalnız areal parıltılı geyimlər geyinin. Yəni, məsələn, əgər belə gözoxşayan köynək geyinmək istəyirsinizsə, bütöv parıltılı olanını deyil, müəyyən zolaqlar şəklində parıltılı köynəklər seçin.

Siz parıltılı geyim və aksessuarlardan istifadə etməklə onsuz da həddən çox diqqət cəlb etmiş olursunuz. Ona görə də, ahəngdar bir görünüşünüzün olmasını istəyirsinizsə, parıltılı geyimləri seçərkən dizaynın sadə olmasına diqqət yetirin.
Parıltı + Parıltı yaxşı ideya deyil. Əgər paltarınızın bir hissəsi (məsələn, köynəyiniz) parıltılıdırsa, digəri (məsələn, şalvarınız və ya ətəyiniz) mat (neytral) olmalıdır. Bundan başqa, eleqant görünmək istəyirsinizsə, adıçəkilən geyimlə parıltılı aksessuarlardan istifadə etməyin. Görünüşünüzü həddən artıq yükləməyin. Hətta makiyajınız və saçınız da neytral, mümkün qədər sadə olmalıdır.
Hətta həddən artıq parıltılı olsa belə uzun don gecə mərasimləri üçün möhtəşəm bir seçimdir. Amma əgər siz o məclisin əsas adamlarından deyilsinizsə, bu cür paltar geyinməyiniz məsləhət deyil. Çünki gecə boyunca səbəbkarlardan çox siz diqqət mərkəzində olacaqsınız ki, bu da sizi narahat edəcək.


Tarix: 21.05.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...