Sevgi varmı? → Hisslər Adası
Uzaqlarda, okeanda bir ada var idi və bu adada insanın bütün hissləri və dəyərləri birlikdə yaşayırdı: Sevinc, Kədər, Müdriklik...və Məhəbbət də daxil olmaqla bütün qalan hisslər.
Bir dəfə məlum oldu ki, ada tezliklə su altında qalacaq. Buna görə bütün hisslər adanı tərk etdi, yalnız Məhəbbət son dəqiqəyə kimi gözlədi. Adada lap az quru hissəsi qalanda Məhəbbət də kömək istəməyə qərar verdi. Zənginlik dəbdəbəli qayıqla yaxınlıqda üzürdü və Məhəbbət ona səsləndi: “Zənginlik, məni özünlə götürə bilərsənmi?” Zənginlik cavab verdi: “Yox, götürə bilmərəm, mənim qayığımda çoxlu qızıl və gümüş var, sənə yer yoxdu.”
Sonra Məhəbbət gözəl qayıqda olan Qürurdan kömək istədi: “Qürur, sənə yalvarıram, məni Ardı »