Sevgi varmı? → SEN YOXSAN.....
Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim. Sən yox idin. Minlərcə addım atdım bu şəhərin hər guşəsində. Hər parkı, hər ağacı əzbərlədim. Sevdaya qovşanmış hər bir yerdə sənin adını axtardım. Evlərin divarları bir-bir üzərimə yıxıldı. Üzərimə yıxılmış sevgi acısını ürəyimin dərinliyində hiss edərkən məni bu acıdan dartıb çıxaracaq əllərini axtardım. Gözlənti şe`rləri yazdım. Kimisinə ucadan, kimisinə səssizcə söylədim. Qaranlıqlara qışqırdım həsrətimi. Səsimi duyarsan deyə gözlədim. Səndən gələcək bir tək xəbəri gözlədim. Saatlar əsrlər kimi gəldi. Çağıran hər telefon zəngini ürəyimin çağlayan atışları ilə götürdüm. Səndən başqa duyduğum hər səsdə eyni xəyal Ardı »