Yaşayıram qaçırmış kimi zamandan,hərdən gözüm yol çəkir fikirə dalıram.Sonra diskinib ayılıram sanki,yuxudan.”Gözlərimdəki səni”görərlər deyə qorxuram.
Yenə başlayır yalançı gülüşlər,zarafatlar.Bir anda adın səslənir,başımı aşağı salıram,gözlərimi başqa gözlərdən qaçırıram.”Gözlərimdəki səni” görərlər deyə qorxuram.
Bezən çıxırsan qarşıma istəmədən də,keçirəm yanından elə bil yadam.Çevirirəm üzümü yarpaqtək əssəm də.Başqasını sevirəm deyib,danışıram hər kəsə ondan.Artıq saxta sevgi yalanlarıma özümdə inanmışam.Ən çox da qaçıram aynalı otaqlardan.”Gözlərimdəki səni” görməkdən qorxuram.
Getdin heç olmasa gözlərimdəki səni də aparsaydın.Amma sən sadəcə qaçıb getməklə yetindim.
Getdin…Səssiz,sədasız,xəbərsiz…
Baxdım…Əlacsız,məğrur,çarəsiz….
Yandım…Odsuz,közsüz,atəşsiz….
Ağladım…İçimdə,sakit,səmirsiz…
Qaldım… Sevgisiz,mənasız,sənsiz….
İndiysə….Get qayıtma dönmə geri.Baxmaram ardınca,heç izləmərəm də səni.Ağlamaram bir daha,görsəm də gözlərini.Yanmaram yoxluğun yıxa bilməz məni.Qalmaram tənha ,çünki yoxluğun dəstəkdir Ardı »