Sevgi varmı? → Bir Ayriliq Hekayesi- ELVIDA
Mən vidalaşmağı belə bacarmıram. Duyğularımı açıqlamağı da həmçinin. Hələdə bu son görüş günü olan əlvida kəlməsi çox acılı gəlir. Əslində heç bu cür bir son görüşməyə gərək yoxdur. Amma insanın qanı durmur. Nə var bu son anlarda?
Səndən məni xatırlamanı belə istəmirəm, sadəcə təmizliyini və saflığını yaşadaq bu sevginin qəlbimizin dərinliyində. Nə gözəl başlanmışdı. İkimizdə gənc idik, coşqunluğumuzun son səhifəsində qanımızın qaynadığı bir anda gördük bir-birimizi, sevdik.
Gecələr boyu yuxusuz qaldıq bir-birimizi düşünməkdən, ən gözəl həyəcanları, ən gözəl baxışları yaşadıq. Həmin eşqi yaşadıq, zamanı durdurub həyatın gözəl anlarını birgə yaşadıq. İncikliklərin də ən gözəllərini biz yaşadıq. Çünki barışmaqda ayrı bir zövq verərdi Ardı »