ış fəsli idi, sakit oturub dənizə baxırdım.Amma fikrimdə yalnız sevdiyim vardı.Hər gün, her an onunla ilk tanışlığımızı yadıma salıram. Bilirəm, o qədərdə həyəcanlı olmadı bizim
görüşümüz,amma görünür sonunu gözlüyürmüş.
Hər şey onunla telefonda başladı, mən buna çox adi baxırdım sadəcə bir tanışlıq deyirdim. İş elə gətirdi ki, görüşəməli olduq.
Xoşuma gəlmədi desəm yalan olar.Biz onunla 2 il bir yerdə olduq.
Deyirlər elə bir vaxt olur ki, sevgidə söz bitir amma men elə fikirləşmirəm.Biz onunla hər söhbəti bölüşürdük.
Belə oldu ki, bu qızı başqa istəyəndə oldu və ailəsidə razılaşdı.Amma mən hardan bileydim ki, bu iş bu qədər uzanar.Qıza mənimlə gəlməsini yəni mənə qaçmağını dedim.Qızsa yox mən hər şeyi özüm həll edəcəm və ailəmi səninlə evlənməyimə razı salacam dedi. Məndə bir ara ona vaxt verdim.Bir ara deyil çox vaxt keçdi,hardasa 2 həftə.O mənim zənglərimədə cavab vermirdi. Bəlkə bu sizinçün az vaxtdı amma sevən adam üçün çox.Sonrada nişanlandığını eşitdim. Bu qədər həyəcanla ondan söz ve ya bir cavab gözlə sonrada bunu eşit.Çox ağır idi.Düz olduğunu bilirdim amma yenədə inanmaq istəmirdim.Dostum mənə heçnə olmaz yaddan çıxardarsan deyirdi.Nə olsun o ancaq deyirdi ama qəlbimi
n sızıltısın hiss edən ki, mən idim. Artıq onun toy günü idi. .Onun adını heç vaxt söyləməyəcəyimi deyirdim. fikirləşirdim ki, sözlə desəm yenə hirslənəcəm. Amma qəlbimdə səni sevirəm deyirdim.Toy haqqında fikirləşəndə bir şey ağlıma gəlirdi, ora getmək və hamının qabağında onu neçə sevdiyimi demək istəyirdim.
Bəlkə onda o mənim necə real həyatdan qopduğumu görər.Getdimdə ama ona yaxınlaşa bilmədim.Onun o
ümüd paltarında yəni, bəyaz gəlinlikdə necə yalqız oturduğunu gördüm.Bir anlığa dondum, elə bil bir anlığa orda bir onun yalqız baxışı və bir də mənim həsrət baxışım qaldı.O məni görmürdü, mənsə nə deyəcəyimi unutdum.
Ona baxdıqca ürəyim sanki yerindən çıxacaq kimi olurdu.Sonra kiminsə məni çağırdığını eşitdim.Bu dostum idi,
məni çölə çıxartdı.Hər şey qurtarıb bəsdi özünü incitdin gəl gedək.
O danışırdı amma mən onun o baxışını yaddan çıxarda bilmirdim. Evə gəldim. Səhəri necə açdığım heç yadıma gəlmir.Ancaq gözlərim ağlamağdan qızarmışdı, yalniz bir istiqamətə baxırdım və bir sözü təkrarlayıb dururdum: axı niyə mən harda səhv elədim,harda?Bu söz içimi parçalayırdı.
Üstündün bir ya da iki həftə keçmişdi.
Onun ad günündə yaşadığı evin qarşısından keçdim.
İçəridə səs-küy gəli
rdi.Dedim yəqin çox xoşbəxtdi.Belke mende artıq onun menden aldıgı real həyata qayıdım.Sonra evə gəldim dostuma zəng etdim ki, görüşək.O mənə başın sağ olsun heçnəyə fikir vermə buda keçər.Niyə dediyini bilmədim.Sonra hər şeyin necə olduğunu öyrəndim.Heç də fikirləşdiyim kimi deyilmişnun yoldaşı dostumla görüşüb ona hər şeyi danışıb.Yoldaşı dostuma : “Dostuna bildir ki, onun sevgisinə ölənə qədər toxunmadım, uzaqdan sevdim, qorudum.Hər gecə o, öz sevdiyinə xəyənatdən danışarkən , mənsə sevdiyimə baxıb əzab çəkirdim.Bunları mənə o zaman dedi ki, toy gününün səhəri kasetə baxırdıq, orda bir oğlanı ağlayan gördüyümü ama tanımadığımı dedim.O, tez baxdı ki, bəlkə o olar mənsə onun necə həyəcanla fikir verdiyini gördüm.Ondan mənimlə niyə olmaq istəmədiyini soruşanda o mənə: Sən heç seve-sevə ayrılığın nə olduğunu bilirsən dedi.Mən çox təəccübləndim və ondan mənimlə daha açıq olmağını xahiş etdim.O isə sevdiyinin ondan tez bir vaxtda müsbət cavab gözlədiyi anda mənimlə evləndiyinin səbəbini mənə dedi. Dostuna bildir ki,Sevdiyi xəstə idi.Bunu bilməsini, ona əziyyət eməsini istəmirdi.
Ona görədə ondan ayrıldı.Amma hər gün onu haqqında danışırdı.Gülüşündən, onun baxışından, hətta onunla tanışlığından.Və bu məktubu dostuna çatdır.Burda yazılanları oxusun. Bəlkə artıq ona da nifrət eləməz.”.
Hə dostum bu sözləri mənə dedi.Mənsə titrəyən əllərimlə məktubu alıb yenə öz aləmimə qapandım.Və məktubda: “Sevdiyim bu dəqiqə heç nə fikirləşmə sadəcə oxu və səni necə sevdiyimi hiss elə, Hər şeyə görə bağışla. Səndən ayrıldığımız günün səhəri xəstə olduğumu öyrəndim.Öyrənədə sadəcə səni necə t
ək qoyacağımı düşündüm.Və o vaxt başa düşdüm ki,
bunu bilib sənə əziyyət verməkdənsə başqa birisinə getsəm yaxşıdı.Amma bil sənə xəyanət etmədim.Bəlkədə nigahda söylədiyim “HƏ” sözü helə bir başqa xəyanətdi, bilmirəm.Bildiyim və ölənə qədər tutunduğum yalnız bir söz var idi o da səni sevirəm sözü.Artıq səndən istədiyim bir şey var çalış mənim kimi bu həyatda heç nəyə gecikməyəsən.Heç nəyə.......”
.
Hə artıq məndə çetin həyatın dadını anladım.İndi məktub əlimdə onunla ilk dəf ə görüşdüyümüz yerdə oturmuşam.
Yenə də onun dənizə kölgə salan gözlərini xatılayıram.
Və istəyirəm bilsin ki, mən onunla Dənizdə görüşmək üçün artıq heç vaxt gecikmirəm
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 249 Bölmə: Sevgi varmı?