Sevgi varmı? → Hami,Her Wey Gedir....
Hər gün ömürdən gedir, deyirlər. Doğrudur gedir.
Hər şey kimi. Saat kimi, uşaqlıq kimi, sağlamlıq kimi, gənclik kimi.
Gələn heç nə yoxdur. Dünyaya gəlməyimiz belə ana bətnindən gedişimizlə başlayır. Hətta alimlər subut ediblər ki, hər gün neçə hüceyrəmiz gedir – bitir, tükənir, ölür. Və gedən heç bir şey izsiz deyil. Gedirsə, deməli haradasa yığılır, harasa çatır, haradasa dayanır, harasa gəlir ...və təkrar yola davam edir. Yaşadığımız zaman su kimi damla-damla süzülür ömrümüzdən. O da gedir bizim kimi.
Yolçuyuq…
Şair demiş, uzun, incə bir yoldayıq...
Yollar da gedir, insanlar da. İnsanlar da gedir, zaman da. Hami, hər şey harasa axıb gedir, çıxıb gedir.
Bir gün tükənəcəyini bildiyimiz ömür Ardı »