Sevgi varmı? → Yalnızlığım
Görünür, ömrümə yazılıb səni düşünmək. Nifrət belə öldürə bilmədi sənin xatirələrini.Planlamadığım anda sevincimin, kədərimin, hər şeyimin içinə adın dolur. Küçələrdə sənlə gəzərkən o izləri axtarıram. Addımlarımı o izlərlə atmaq istəyirəm. Gələcəyimi keçmişimə oxşatmaq istəyirəm.
Ağlımı işğal etmisən.
Uşaqlığımı alıbmışsan əlimdən. Uşaqlıq xatirələrimə qarışıb sənin xatirələrin. Uşaqlığımı xatırlaya bilmirəm.
Hər cəhdimdə sən gəlirsən ağlıma.O qədər öyrəşdirmisən ki, özünə, yolda gedəndə belə sən olmayan insanları sən deyə düşünürəm.
Unutmaq istəyirəm səni, xatırlaya-xatırlaya. Hər dəfə sənin xatirələrinin içində eşələnə-eşələnə sənə nifrət etdirəcək hadisə axtarıram.
Tapmayanda səni unutmaqdan vaz keçirəm.
Sən mənim iki-üç rəngdən ibarət həyatımın üstündə şizofren rəssamlar kimi rənglər çırpmısan.
Məni qırmızı ilə tanış etmisən. Ardı »