Sevgi varmı? → ***LiNZa***
Gənc oğlan yaxşı bir alpinist
idi. Bir gün cəsarətini
toplayıb alpinist qrupuna
qatılır. Dırmaşacaqları yerə
çatanda qarşılarına hardasa
divar kimi dik, böyük və
qayalıq bir yamac çıxdı.
Bütün qorxularına
baxmayaraq gənc oğlan
əzmli idi. Təhlükəsizlik
kəmərini taxdı, ipdən
yapışaraq qayanın dik üzünə
dırmaşmağa başladı. Bir
müddət dırmaşdıqdan sonra
dincələcəyi bir oyuq tapdı.
Orada asılı vəziyyətdə
dayanarkən yuxarıda ipi
tutan adam fikri dağılaraq ipi
boşaldırdı. Qəflətən boşalan
ip sürətlə gənc oğlanın
gözünə dəyərək onun
linzasının düşməsinə səbəb
oldu.
Linza çox kiçikdi və tapılması
hardasa imkansız idi. Linza
yamacın ortasında qalmışdı
və gənc oğlan artıq bulanıq
görürdü. Ümidsizlik içində
gənc alpinist linzasını
tapması üçün yalnız Allaha
dua edə bilərdi... Və ürəyində
dua etməyə başladı: "Allahım!
Sən bu anda buradakı bütün
dağları görürsən. Bu dağlar
üzərindəki hər bir daşı və
yarpağı bildiyin kimi, mənim
linzamın yerini də bilirsən.
Onu tapmağıma yardım Ardı »