Sevgi varmı? → Səni Mənim Dualarım Qoruyar...
Mən gedirəm sevgili,içimdə bir qəribə hüzn var.Sanki nə etsəm olmur kimi hiss edirəm.Səni sevərkən,üstəlik sənində sevdiyinə inanarkən,necə bacara bilmədik bu işi bilmirəm amma mən artıq gedirəm.
Əllərimin sənə toxunmadığı bir dünyada yaşamaqdan,tək səsini eşidərək məhdud vaxtlarda xoşbəxt olmağa çalışmaqdan,bədənini və ağlını yanımda hiss edə bilməməkdən,yorğun düşdüm.Qurduğum bütün xəyallar boşuna,heç birini reallaşdıra bilmirəm,ətrafı sularla çevrili bir ada kimiyəm.Arada bir qonan quşlarda olmasa,içimdə yaşayan bir nəfəs qalmayacaq.Səbr etməyi öyrənmişdim amma bu qədəri məni belə aşır.Daş olsa çatlayardı deyirəm.Çətin imiş eşqi həqiqətən yaşatmaq,mən bacara bilmədimsə üzr istəyirəm.
Bilirəm sevgi anlamaqdır ancaq davamlı anlayan tərəf mən olacağamsa,o zaman eşq də yanlız mənə aid olmazmı?Bu vəziyyətdə eşqimi də Ardı »