İqtisadiyyat ve dunya iqtisadiyyatcilari → Maşınqayırma texnologiyası
Maşınqayırmanın əsas sahəsi maşınqayırma texnologiyası (texnologiya – yunanca τεχνη (technē) yəni sənət, λόγος (lógos) yəni elm sözlərindən ibarət olub, sənət, texnika haqqında elm deməkdir) sayılır. Bu texnoloji proses verilən hissənin pəstahdan hazır hala keçməsini əhatə edən emal ardıcıllığından ibarət olub, təkcə maşınların yox, həm də sənayenin başqa sahələrində tətbiq olunan texniki vasitələrin (məs. alətlərin) hazırlanmasında geniş tətbiq olunur. İlk dəfə olaraq texnologiya termini alman alimi Yohan Bekman tərəfindən tətbiq olunaraq 1777- ci ildə çap olunmuş "Texnologiyaya giriş" əsərində ona tərif verilmişdir. O texnologiya ilə " işləri, onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən" yeni bir elmi istiqamətin başlanğıcını Ardı »