Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAzərenerji

Azərenerji - ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Hal-hazırda Cəmiyyətin tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; "Mingəçevir", "Varvara", "Şəmkir", "Yenikənd", "Araz" və "Vayxır" daxil olmaqla 6 ədəd su elektrik stansiyası (SES), "Azərbaycan", "Şirvan", "Şimal", "Bakı İEM", "Babək", "Astara", "Şəki", "Xaçmaz", "Naxçıvan" , "Bakı" və "Səngəçal" istilik elektrik stansiyası (İES) daxildir. Yaxın bir neçə il ərzində bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır. Qeyd etmək lazımdır ki, hazırda "Azərenerji" ASC-nin Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAzərbaycan Marketinq Cəmiyyəti

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Azərbaycanda marketinq elminin yayılması, ümumi anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsini təbliğ edir. AMC-nin Təsis Konfransında yerli və xarici şirkətlərin, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, marketinq, biznesin idarə olunması və digər sahələrdə çalışan mütəxəssislər iştirak etmişlər. AMC fəaliyyəti müddətində sosial sahibkarlıqla, o cümlədən, marketinq tədqiqatlarının aparılması, investisiya layihələri və biznes planların hazırlanması işi ilə məşğul olaraq bir çox şirkət və müəssisələrin biznes tərəfdaşıdır. AMC iş adamları və intellektual gənclik arasında populyar olan "Marketinq" jurnalını da nəşr edir.[1] Cəmiyyət həmçinin Respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələri üçün qeyri-kommersiya xarakterli xidmətlər göstərərək təhsil və təlim fəaliyyətinə də cəlb olunmuşdur.Mündəricat Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariArğac

Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariASIMO

ASIMO (yap. アシモ - Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir.

ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur.

2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır. Hər birinin hazırlanması üçün 1 milyon ABŞ dollarından çox vəsait xərclənir. Bu robotların illik kirayə qiyməti isə 166 000 ABŞ dollarına bərabərdir Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariQatlinq pulemyotu

Qatlinq pulemyotu (ing. Gatling gun, çox zaman sadəcə Qatlinq) - çoxlüləli, yüksəksürətli atıcı silah. İlkin pulemyotlardan biri. Qısa zaman kəsiyində çoxsaylı atəşləri nəticəsində güclü güllə seli əmələ gətirməsi ilə məşhurdur. Qatlinq prinsipi ilə işləyən müasir pulemyotlar dəqiqədə 6,000-6,600 qədər atəş aça bilirlər.

İlkin nümunəsi əl ilə hərəkətə gətirilən olsa da, müasir dövrdə pulemyotun mexanizmləri elektrik motorlarla hərəkətə gəlir. Əsasən ABŞ istehsalı olan hərbi təyyarə, vertolyotlarda və digər söyüş vasitələrində istifadə edilir.

Çəkisinin ağırlığı və güclü təpməsi ondan yalnız döyüş texnikasında istifadə etməyə imkan verir. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariHonalama

Honalama incə mexaniki emal üsullarına id olub geniş materiall spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur.

Xarici səthlərin honalanması xüsu və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş əməliyyatı ilə müqayisədə 2-4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır.

Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariSmerç (silah)

9K58 "Smerç" (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ silahlı qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smertç qısa məsafəli raket sistemi olan FROG-7-ni əvəz etmişdir.Mündəricat [gizlə]
1 Texniki quruluşu
2 Üstün cəhətləri
3 Çatışmayan cəhətlri
4 İstifadə olunduğu ölkələr
5 Həmçinin bax

[redaktə]
Texniki quruluşu

Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariVençur maliyyələşdirməsi

Vençur maliyyələşdirməsi – elmi-texniki araşdırmaların, kəşflərin, ixtiraların, kiçik və yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirmə forması və müvafiq mexanizmin elementidir.

Banklar və kredit qurumları adətən kredit riskinin minimum olduğu sahələrə üstünlük verirlər. Buna görə də yeni şirkətlərin kreditlərdən istifadə etmək imkanı həmişə məhduddur. Şirkətlərin mövcud olması müddətinə dair sərt tələblər (3-5 il), onun aktivləri, minimum emissiyasının həcmi, kiçik şirkətlərin öz qiymətli kağızları ilə fond bazarına çıxmalarına mane olan səhmlər buraxılması proseduru ilə bağlı tələbləri həmin şirkətlərin qiymətli kağızlar bazarına çıxmasını praktiki olaraq qeyri-mümkün edir. Bu vəziyyət kiçik tədqiqatlarla və tətbiq layihələri Ardı »