Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariximiz ve rayonlarimizDağ yəhudilərinin tarixi

Qədim zamanlardan Qafqaz dağlarında dağ yəhudiləri yaşayıblar. Onlar iudaizm dininə mənsub, fars dilinin ləhcələrindən birində danışan və hazırda yəhudi-tatlar adlanan tayfalar olublar. İndi alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, uzun illər hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırırlar. Təəssüf ki, bu suallara cavab verən yazılı mənbələr hələ ki, aşkarlanmayıb. Горские евреи БакуMüasir dövrdə yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər Qafqaz dağlarında yaşamış dağ yəhudilərinin VI əsrdə Dağıstan və Şamaxıya qədər olan şimali Azərbaycan torpaqlarına nəzarət etmiş xəzərlərin əcdadları olduğunu deyirlər. Məlum olduğu kimi, xəzərlərin hakim dini iudaizm, Xəzər xaqanlığının paytaxtı Ardı »

Tariximiz ve rayonlarimizAğdaş

Ağdaş – Azərbaycan Respublikasında rayon. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Oğuz rayonu ilə 6 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir. İnzibati mərkəzi Ağdaş şəhəridir.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafi mövqeyi
3 İqlimi
4 İri yaşayış məntəqələri
5 Əhalisi
5.1 Etnik tərkibi
5.2 Görkəmli şəxsləri
6 İqtisadi xarakteristikası
7 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
8 Maddi-mədəni irsi
9 Mətbəx
10 Yerli media
11 Şəkillər
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax

[redaktə]
Tarixi

Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar lap qədim zamanlardan məskunlaşmışlar. Qədim Ardı »

Tariximiz ve rayonlarimiz31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, "Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın Ardı »

Tariximiz ve rayonlarimizƏhalinin tərkibində sosial dəyişikliklər

XIX yüzilliyn II yarısında Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyişikliklər burada burjua cəmiyyəti təbəqələrinin formalaşmasına zəmin yaradırdı.
Şimali Azərbaycanı imperiyanın mərkəzi rayonlarının sənayesi üçün satış bazarı və xammal mənbəyi kimi qiymətləndirən çarizmin müstəmləkə siyasət ilə, ilkin kapital yığımı mənbələrinin məhdudluğuna, XIX əsrin II yarısında Azərbaycan kəndində feodal qalıqlarının qalmasına baxmayaraq, diyarda burjuaziyanın təşəkkülü prosesi gedirdi. Özlərinin bütün məhdudluğuna baxmayaraq, XIX yüzilliyin 70ci illərində keçirilmş burjua islahatları bu prosesə müsbət təsir göstərirdi. Şimali Azərbaycanda sənaye və ticarət burjuaziyasının formalaşması prosesi, həmçinin əsrin sonunda kredit-bank sisteminin meydana çıxması və inkişaf edərək iqtisadi həyatda birinci dərəcəli əhəmiyyət kəsb etməsi ilə daha da sürətləndi. Ardı »

Tariximiz ve rayonlarimizKürdəmir

Kürdəmir – Azərbaycan Respublikasında rayon. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.Mündəricat [gizlə]
1 Etimologiyası
2 Tarixi
3 Coğrafiyası
4 İri yaşayış məntəqələri
5 Əhalisi
6 Görkəmli şəxsləri
7 İqtisadiyyatı
8 Mədənəyyət, təhsil və səhiyyə müəssisələri
9 Maddi-mədəni irsi
10 Mətbəx
11 Yerli media
12 Şəkillər
13 İstinadlar

[redaktə]
Etimologiyası

Kürdəmir – «Kür Dəymir» sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə «Y» Ardı »

Tariximiz ve rayonlarimizAzərbaycan XIX əsrin əvvəllərində

Beynəlxalq münasibətlərin durumu. XVIII yüzilin sonu - XIX yüzilin başlangıcında beynəlxalq münasibətlərə Fransa inqilabı (1789-1794) həlledici təsir göstərdi. Bu inqi- labın məramı ilə bağlı Avropada fransızlara qarşı birlik meydana gəldi. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş işğalçılıq xəttinə keçməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin Fransaya qarşı yönələn siyasətini gücləndirdi.
1798- ci ilin sonunda Rusiya, İngiltərə və Avstriyanın iştirakı ilə Fransaya qarşı yeni birlik yarandı.Bu çağa kimi ənənəvi müttəfıqlər sayılan Fransa ilə Türkiyə arasında savaş düşməsi sonuncunu Rusiyaya yaxın- laşdırdı. Tarixdə ilk dəfə olaraq Türkiyə ilə Rusiya arasında 1799-cu il yanvar ayının 3-də Ardı »

Tariximiz ve rayonlarimizCənubi Azərbaycan XIX əsrdə

Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycanın inzibati quruluşu. 1828-ci il Türkmənçay müqaviləsi ilə bir zaman bütöv bir ölkə olan Azərbaycanın iki imperiya arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnikmilli əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi nəticəsində Azərbaycan xalqı öz tarixi boyunca ən ciddi siyasi, iqtisadi və mənəvi zərbə aldı, torpaqlarımızın sonrakı bölunmələrinin əsası qoyuldu. Müqavilənin şərtlərinə görə Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi Cənubi Azərbaycan adlandırılan ərazilərimiz isə Qacar xanədanının hakimiyyəti altına düşdü.
İrana qatıldıqdan sonra ölkənin dörd əyalətindən birini təşkil edən Azərbaycan əyalətinin ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub-şərqdə Zəncan və Qəzvin mahalları daxil idi. Sonralar Ardı »

Tariximiz ve rayonlarimizXocavənd

Xocavənd – Azərbaycanda rayon. İnzibati mərkəzi – Xocavənd şəhəri. 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.Mündəricat [gizlə]
1 Tarixi
2 Ermənistan tərəfindən işğalın nəticələri
3 Coğrafi mövqeyi
4 Qəsəbələr / Kəndlər
5 Əhalisi[5]
6 Tarixi abidələr
7 İqtisadi xarakteristikası
8 Görkəmli şəxslər
9 Mənbə
10 Xarici keçidlər

[redaktə]
Tarixi

26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır.[2] Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Ardı »