Tariximiz ve rayonlarimiz → Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Ardı »