Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanHÖRÜYÜN ƏLİMDƏ TƏSBEH ƏVƏZİ

Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.

İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram. Ardı »

Azerbaycan EdebiyyatindanAtasız Bir Qız

Təzəcə doğulmuş bir qızı düşün,
Böyüyüb, boy atmış o qızı düşün.
Sən təkcə atasız bir qızı düşün,
Sanki bir limansız gəmiyə bənzər.

Bəzən bu səbəbdən tərk edilirsən,
Elə bil günahı sən işlətmisən.
İnsanlar ciddiyə almır nədəndir,
Sanki atasızlığı özün seçmisən



Özüdə istərdi atasız qızın ,
Toyunda yanında atası olsun,
Onu qollarında hey sığallasın,
Ən yaxşı anında ona dost qalsın.

O qız indi neyləsin axı ,
Heç kimi sevməsin, ya evlənməsin,
Nədən edilibsən dünyadan məhrum?
Ən yaxşı çağlardan, sevgidən məhrum



Elçi də gəlməsin heç qapısına,
Oğlanın atası onu sevməsin,
Atası yox deyə o bəyənməsin,
Atası yox deyə şübhə də gəzsin.

Niyə belə olur atasız qızın,
Həyatı bir anda yerlə bir olur.
Sanki özü seçmiş öz taleyini ,
Günahsız olsada günahkar olur



Əlindən tutan yox, arxa duran Ardı »

Azerbaycan EdebiyyatindanHELE BU HARASIDI...

Ayriliq hicran deyil,
Qelbinin yarasidir.
Eyil, qarsimda eyil,
Hele bu harasidir.

Qelbini sixacagam,
Zeng edib susacagam.
Evini yixacagam,
Hele bu harasidir

Gorende guleceyem,
Yuxuna geleceyem,
Her cur derd vereceyem,
Hele bu harasidi.

Getmez gozunun nemi,
Goz yasin bogar seni.
Hesret yandirar seni,
Hele bu harasidir.

Yollardda qalacaqsan,
Saralib solacaqsan.
Od tutub yanacaqsan,
Hele bu harasidir.

Gozun yolda qalacaq,
Hey bosalib, dolacaq,
Hele neler olacaq,
Hele bu harasidir…….. Ardı »

Azerbaycan EdebiyyatindanQayit...(Eli Kerim)

Həsrətin araya atdı,dağ,dərə,
Sönən işıq oldun,batan səs oldun.
Qayıt,mənim gülüm,qayıt bu yerə,
Ey mənim istəyim,nə gəlməz oldun???

Ümidlər,arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş,könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt,mənim gülüm,yerbəyer elə
Dərdli səhərləri,gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt,yerinə qoy Ayı,Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt,gözüm nuru,könlüm atəşi,
Qayıt,səhmana sal bu kainatı Ardı »

Azerbaycan EdebiyyatindanEsgerim

əsgərim


Döndü İgidim-

Necə keçdi günlər, gəl də mənə soruş
Şəfəq sona çatdı, döndü igidim
Şəhid olan əsgər, ürəkdə bir köz
Şəfəq sona çatdı, döndü igidim.

Bir güllə, bir həsrət, yağdı havada
Nə qədər canlar getdi, dağda düzənlikdə
Şükrlər olsun ki, balam yuvada
Şəfəq sona çatdı, döndü igidim.

Əsgər anasıydım, başım hamı/həmişə tikdi
Canılar, xainlər, nə dərdlər əlavə idi
Yetim, yetim bala, boyunu bükdü
Şəfəq sona çatdı, döndü igidim.

Berkan oğulum mənə, hamı/həmişə qürur verdi
Sipərdəki halı, hamı/həmişə qürur verdi
Uca Rəbbim bizə, hamı/həmişə səbir verdi
Ardı »

Azerbaycan EdebiyyatindanMillət Necə Tarac Olur Olsun,nə Işim Var-M.E.Sabir

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!


Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Övladi vətən qoy hələ avarə Ardı »

Azerbaycan EdebiyyatindanATANDA BİR BAXAYDIN DA…

Bir gün məni axtararsan,
məndən gen düşən sevdiyim.
Nağıldan sonra alma tək
gözümdən düşən sevdiyim.

Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da
hayana atmısan məni.

İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər. Ardı »

Azerbaycan EdebiyyatindanSON İTKİM (Mərhum Ceyhun Nağı üçün)

Dərd verdinsə, çəkiləcək – buna şübhən olmasın –
noolsun bir az ağırdı və noolsun ağrıdı.
Yalandır ki, guya zaman hər yaranı sağaldır –
zaman məlhəm deyil, qardaş, olsa-olsa sarğıdı.

Sən sığına biləcəyin heç yerə sığmırdın ki:
Genişlərin bir yolu var – öz içinə qapılmaq!
Uçmuş bir binanın altda sağ qalmış adamlartək
bilmirdin nə istəyirsən – tapmaq, yoxsa tapılmaq.

İndi məndən soruşurlar: “buna nə olub öldü?” –
deyimmi boş şeydi ürək?..
Məsələn, bir tikə çörək dalınca qaça-qaça
Ceyhun yorulub öldü.

Ancaq ölüm belə olmur, sən günəşə gülürdün
bir ömür uzunluğuyla uzanıb yoxuşlara.
Səni torpağa tapşıran dostların da şahiddi:
gözün zülmətə sarıydı, üzünsə baxışlara.

İçim bom-boş qalıb indi, qəhər də yoxa çıxıb,
neçə illik ağrılar da sanki çıxıb canımdan.
Niyə mənə Ardı »