Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QəhramanlarAğayev Bəylər Tapdıq oğlu

Ağayev Bəylər Tapdıq oğlu

3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Reespublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq ordu sıralarına yazılır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il...Avqustun 6-sı... Erməni irqçi vəhşilərinin növbəti hücumu Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına Ardı »

Qəhramanlarİsgəndərov Eltun Xaləddin oğlu

İsgəndərov Eltun Xaləddin oğlu

21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. O, 1997-98-ci tədris ilində Əhmədbəyli kənd orta məktəbinin birinci sinfinə getmişdir. Eltun İsgəndərov 2007-2008-ci tədris ilində orta təhsilini başa vurmuşdur.

2008-ci il oktyabrın 22-də Rayon Hərbi Komassarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Eltun üç ay Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində təlim mərkəzində karantində olmuş, təlimlər keçmişdir. E.İsgəndərov daha sonra Cəlilabad rayonunun Göytəpə şəhərindəki "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətini davam etdirmişdir.
O, xidmət etdiyi dövrdə özünü nümunəvi əsgər kimi göstərmiş, Dövlət Sərhəd Xidməti komandanlığı tərəfindən layiqincə qiymətləndirilmişdir. Ailəsinə "Təşəkkür məktubu" göndərilmiş, döş nişanı ilə təltif edilmişdir.
Eltun İsgəndərov 18 iyun Ardı »

QəhramanlarAğayev Fərhad İslam oğlu

Ağayev Fərhad İslam oğlu

4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyidəhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart o qardaş gülləsindən ağır yaralanır, mart ayının 15-i bu yaradan həlak olur.

Subay idi.

Azərbaycan Ardı »

QəhramanlarFəxrəddin Şahbazov

Həyatı

Fəxrəddin Şahbazov 22 yanvar 1950 -ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.

Döyüşlərdə iştirakı

198-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd Ardı »

QəhramanlarEmin Quliyev

Emin Quliyev

Emin Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Həyatı

Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev “N” saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən Ardı »

QəhramanlarAllahverdiyev Elbrus Hacı oğlu

Allahverdiyev Elbrus Hacı oğlu

27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. 18 saylı məktəbi bitirdikdən sonra isə 1976-1978-ci illərdə Sovetlər Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. O Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Elbrus Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərdi düşmənin zirehli texnikalarını sıradan çıxardı. Ağdərədə isə quldurların reaktiv artilleriyasını sərrast atəşlərlə sıradan çıxardı. 1993-cü il iyun ayının 12-də işğalçılar ağdam üzərinə hücuma keçdi Elbrus düşmənin xeyli canlı qüvvəsini məhv etdi və onlar geri Ardı »

QəhramanlarHəzi Aslanov

Həzi Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən Həzi Aslanov kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Sonra O, komsomol ezamiyyəti ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929 –cu ildə oranı bitirdikdən sonra Leningrad suvari məktəbinə daxil olur. Iki illik təhsildən sonra o, Kotovsk adına III Bessarabiya süvari diviziyasında tağım komandiri kimi fəaliyyətə başlayır. Hərbə möhkəm bağlanan Həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir, həm də öyrədirdi.
İkinci dünya müharibəsi başlananda Həzi, Ukraynada xidmət edirdi. 1941 ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə Ardı »

QəhramanlarŞakir Salahov

Həyatı

Salahov Şakir Şamil oğlu 15 iyun 1966-cı ildə Xocalıda anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.

Cəsur döyüşçü

Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir neçə-neçə qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli]] kəndləri arasındakı “Darlı” adlanan yerdə “UAZ” markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu...erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı. 1992-ci il 28 yanvar Ağdam Ardı »