Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AlimlərZiya Bünyadov

Ziya Bünyadov (d. 21 dekabr 1923, Astara, Azərbaycan SSR - ö. 21 fevral 1997, Bakı, Azərbaycan) — şərqşunas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi.

Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay (Azərbaycan) şəhərlərinin fəxri vətəndaşı idi. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru (1981 - 1997) olmuşdur[

Həyatı

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirmişdir. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilmişdir.

Z.Bünyadov ordudan Ardı »

AlimlərKərim Kərimov (akademik)

Kərim Kərimov (14 noyabr 1917 − 29 mart 2003) − akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları alıb.
[redaktə]
Həyatı

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdur. Onun atası Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio Ardı »

AlimlərAlbert Eynşteyn

Albert Eynşteyn (alm. Albert Einstein; 14 mart 1879 — 18 aprel 1955) — alman fiziki.
Həyatı[redaktə]

Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir.

1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Ardı »

AlimlərSara Aşurbəyli

Aşurbəyli Sara Balabəy qızı — alim, tarixçi, şərqşünas.

Həyatı

Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına kolleci, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə Ardı »

AlimlərElçin Xəlilov

Elçin Nüsrət oğlu Xəlilov — geofizik.

Həyat və fəaliyyəti

26 aprel 1959-cu ildə anadan olub. Atası Nüsrət Xəlilov Azərbaycan alimi, neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, professor, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.[1]. Anası, Rəna Hüseyn qızı Xəlilova, Azərbaycan Pedaqoji Universitetində tibbi biliklər üzrə müəllim işləmişdir. Babası, professor Hüseyn bəy Ağabəyov Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif edilib, ginekologiya sahəsində alim-professor idi, Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Ulu babası - görkəmli şərqşünas alim, professor Sadıq bəy Ağabəyzadə, XX əsrin əvvəllərində general-mayor rütbəsi ilə Çar ordusunda xidmət etmişdir. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökümətində, bir neçə ay ərzində Daxili İşlər Ardı »

AlimlərMirzə Adıgözəl bəy

Mirzə Adıgözəl bəy Qarabaği – tarixçi.

Həyatı

Mirzə Adıgözəl bəy Qarabaği Şuşa şəhərində anadan olmuşdu. O, ibtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə kеçib. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata kеçirən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğuna görə "Mirzə" ünvanı daşıyırdı.

Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət еdib. Xan İrana qaçandan sonra komеndant tərəfindən mahala naib təyin еdilib. Bioqrafiyasında yazır: "Məzkur xan sərhəddin o tərəfinə gеtdikdə dövlət başçıları məni İyirmidörd mahalına naib təyin еtdilər". [1] Mirzə Adıgözəl bəy və qardaşlarının əsas mülkləri İyirmidörd mahalının ərazisində yеrləşirdi. Onların mal-mülkləri Rus-İran savaşlarında Ardı »

AlimlərƏhməd Kəsrəvi

Əhməd Kəsrəvi — İran tarixçisi, publisisti və hüquqşünası.

Həyatı

1890-cı ildə Təbrizdə anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi[Mənbə göstərin].
[redaktə]
Elmi yaradıcılığı

Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycan türklərinin ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905-1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür[1].

Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etmişdi. Müəllif Ardı »

AlimlərVolf Messinq

[color=#fe5e5e]Özü qədər adı da müəmmalı səslənən bu adam 20-ci əsrin ən məşhur ekstrasenslərindən biridir. O, Messinqdir. Bir neçə gün əvvəl 110 yaşı tamam olan telepat, hipnozçu Volf Qriqoryeviç Messinq…
O, 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya İmperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağına ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmriylə ieşibota getməlisən”.
Anadangəlmə əsəb xəstəsi olan Volf Ardı »