Ziya Bünyadov (d. 21 dekabr 1923, Astara, Azərbaycan SSR - ö. 21 fevral 1997, Bakı, Azərbaycan) — şərqşunas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi.
Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay (Azərbaycan) şəhərlərinin fəxri vətəndaşı idi. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru (1981 - 1997) olmuşdur[
Həyatı
Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirmişdir. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilmişdir.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib Azərbaycana qayıtmışdır.
Sonra o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası" əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələr'in xülasısi və qüdrətli hökmüdarın möcüzələri" 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnin həyatının təsviri" əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə etmişdir.
1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi" şöbəsinin rəhbəri olmuşdur. Elə həmin ildə o, tarix elimləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1973-cü ildə akademiyanın həqiqi üzvü seçilmişdir.
1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faktlarla ifşa etmişdir.
Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilmişdir.
1997-ci il fevral ayının 21-də cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Ziya Bünyadov özü haqqında
Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsil adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".[2]
Haqqında
"Şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhramanı, Dövlət Mükafatı Laureatı, Əməkdar Elm xadimi. Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir
Tarix: 11.01.2013 / 14:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1251 Bölmə: Alimlər