Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AlimlərAlbert Eynwteyn haqqinda daha etrafli...

Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi.

Eynşteyn sevgilisinin xətrinə SSRİ-nin xüsusi orqanlarıyla əməkdaşlıq eləyirdi.
1915-ci ildə Eynşteyn nisbilik nəzəriyyəsini bitirir. Onun nəzəriyyəsinin nəticələri elan olunanda Eynşteyn bir gecədə bütün düynyaya tanınır və alimlər bir ağızdan onu dəqiq və düzgün elan elədilər. Baxmayaraq ki, onun hesablamalarını Ardı »

AlimlərMəhəmməd Mövlazadə

Mövlazadə Məhəmməd Həsən Ismayıl oğlu Şəkuvi ilk dəfə Quranı azərbaycan dilinə tərcümə edən azərbaycanlı dini alim və Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam olmuşdur. O həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir.

Həyatı

Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir.

1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir.

1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə Ardı »

AlimlərMendeleyev haqqında bilmədiklərimiz

[color=#fe5e5e]Mendeleyev 8 fevral 1834-cü ildə anadan olmuşdur.Uşaqlıqdan həmişə xəstə olub,vaxtaşırı ağzından qan gələrmiş,həkimlər hesab edirmişlər ki,o öləcək.Lakin Mendeleyev 73 il yaşadı.
Bir dəfə Mendeleyev departament müdiri Kirsin otağına girərək,ona ağzına gələni demişdir.Ertəsi günü nazir Mendeleyevi otağına çağırır.Nazirin otağında Kirs Mendeleyevlə üz-üzə oturmuşdu.Nazir A.S.Norov qəbul otağında vəziyyəti belə gördükdə onların hər ikisini tənbeh edir,əlavə olaraq Mendeleyevə << küçük !>>deyərək Kirsi öpməyi təklif edir.Kirs və Mendeleyev bir-birlərini öpüb barışırlar.
Mendeleyev 1889-cu ildə maarif naziri ilə mübahisə etdiyinə görə istefaya çıxır və universiteti tərk edir.
O,dünyada məşhur alim olsa da Rusiya İmperiya Elmlər Akademiyasının üzvü seçilməmişdir.O Rusiyada fiziki-kimya cəmiyyəti yaratmış və kimyəvi elementlər cədvəli düzəltmişdir.Rus imperiyasının ona Ardı »

AlimlərAlfred Nobel

[color=#6a60ec]Alfred Nobel həyatda ikən ölümündən xəbər tutan nadir şəxs olur. Alfred dinamiti ilk olaraq ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasınıdəyişir.

Yalnış xəbər!
Kütləvi informasiya vasitələri səhvən Lüdovikin yox, Nobelin dünyasını dəyişdiyi barədə məlumat verir. Qəzetlər birinci səhifədə iri sərlövhələr dərc edir:"MİNLƏRLƏ İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLAN DİNAMİTİN İXTİRAÇISI NOBEL DÜNYASINI DƏYİŞDİ."
Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümümdən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil!"
Bundan sonra o, vəsiyyətnaməsində dəyişikliklər edir- yazdığı bir çox məqamları pozur, əvəzində belə bir cümlə əlavə edir:

Vəsiyyətnamə
"Ölümümdən sonra mənim varidatım sülh və sülhün bərqərar olmasına sərf olunsun." Ardı »

AlimlərNəsirəddin Tusi

Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir.
Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: Ardı »

AlimlərLütfi Zadə

Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır.

Həyatı

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Ardı »

AlimlərPol Allen

İnformasiya texnologiyaları sahəsi üzrə dünyanın tanınmış şəxsiyyətləri silsiləsindən növbəti yazımın qəhrəmanı "Microsoft" şirkətinin yaradıcılarından biri, tanınmış ictimai xadim və dünyanın ən varlı şəxslərindən olan xeyriyyəçi Pol Allendir. Çoxları onu Bill Qeytsin yaxın dostu kimi də tanıyır. Onun çoxsaylı uğurları və gördüyü işlər hamıya məlumdur. Amma çoxları hələ də onun həyatla ölüm arasında mübarizə apardığından xəbərsizdir.

Doğum tarixi: 21 yanvar, 1953-cü il. Sietl, Vaşinqton

Yaşayış yeri: Merser adaları, Vaşinqton

Məşğuliyyət: informasiya-kommunikasiya texnologiyaları

Vəzifə: Vulcan Inc., Charter Communications şirkətlərinin rəhbəri, Microsoftun icraedici strategiya müşaviri

Xüsusi kapital: 10.5 milyard dollar

Pol Qardner Allen 1953-cü il yanvarın 21-də anadan olub. Çoxları onu Bill Qeytsin yaxın dostu və Microsoft şirkətinin banisi kimi Ardı »

AlimlərAlfred Nobel

[color=#c238dd]Alfred Nobeli gah «dinamit kralı», gah "ölüm alverçisi", gah da «Avropanın ən varlı avarası» adlandırır, bununla ürəkləri soyumayanda, daha kəskin epitetlərlə onun adını «bəzəyirdilər». O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun bu cür — daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları əməlli-başlı qəzəbləndirirdi...
Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri yoxuydu. Hamı elə fikirləşirdi ki, o, milyarderdisə, onun nə dərdi ola bilər ki? Amma…

O, bədbəxt bir milyarder idi və nə evi vardı, nə dostları, nə də onu sevən xanım Ardı »