Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd Kəsrəvi

Əhməd Kəsrəvi — İran tarixçisi, publisisti və hüquqşünası.

Həyatı

1890-cı ildə Təbrizdə anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi[Mənbə göstərin].

Elmi yaradıcılığı

Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycan türklərinin ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905-1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür[1].

Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etmişdi. Müəllif bu əsərində Azərbaycanlıların türk olmadıqlarını, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyildir. Azəri dili İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar.

Əhməd Kəsrəvi şimali Azərbaycanın əslində Qafqaz Albaniyası olduğunu qeyd edir. Kəsrəviyə görə Araz çayından şimaldakı ölkə tarixin heç bir dövründə Azərbaycan adlanmamışdır. Bu ölkəyə Azərbaycan adı M.Ə.Rəsulzadə tərəfindən verilmişdir. Müəllifə görə əsl Azərbaycan İranın tərkibindəki cənubi Azərbaycandır və tarix boyu məhz bu ərazi Azərbaycan adlanmışdır.[2]

Əhməd Kəsrəvi həm də "təmiz dil" siyasəti fikrini, fars dilinin başda ərəbcə olmaq üzrə əcnəbi dildə olan sözlərdən təmizləmə, həm də "təmiz din" (dinin xurafatdan ayrılması) fikirlərini irəli sürmüşdür. Kəsrəvi İranın ən böyük probleminin dil, din və etnik müxtəliflik olduıunu təsbit etmişdir. İrandakı və bütün şərqdəki geriliyin əsas səbəbi cəmiyyətdəki müxtəliflikdir. Kəsrəviyə görə böyük islahatların nəticəsinin qalmasının əsas səbəbi cəmiyyətdəki müxtəliflik və bölünmüşlükdür. "Firqələşməni ləğv etməliyik. Din, dil və regional fərqlilikləri aradan qaldırmalıyıq. Bu ancaq milli şüurun meydana gəlməsi ilə mümkündür. İran milli şüurunu yaymalıyıq"[3]

1946-cı ilin mart ayinda ayətüllah Borucerdi və ayətüllah Sədrin (ayətüllah Musa Sədrin atası) fitvaları üzrə Nəvvab Səfəvinin başçılıq etdiyi "Islam fədayiləri cəmiyyəti"nin üzvləri tərəfindən öldürülmüşdür.


Tarix: 13.01.2013 / 12:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 659 Bölmə: Alimlər
loading...