Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AlimlərZeynalabdin Şirvani

Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (1780-1838)- mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.

Həyatı

Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya Ardı »

AlimlərBill Qeyts

[color=#173bd3]Bill Qeyts (Bill Gates) və ya Uilyam Henri Qeyts III (William Gates III) (tam adı) dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir. 1955-ci oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub.

Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orda məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir.Qeyts qrammatika, vətəndaşşünaslıq və digər predmetlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək Ardı »

AlimlərFərman Salmanov

[color=#fe5e5e]Fərman Qurban oğlu Salmanov (28 iyul, 1931, Şəmkir – 31 mart 2007, Moskva) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı
[redaktə]
Həyatı

Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz Ardı »

AlimlərMirzə Kazım bəy

Mirzə Kazım bəy (rusca Aleksandr Kazımoviç Kazımbek) (22 шyul, 1802, Rəşt – 27 тoyabr, 1870, St. Peterburq) əsl adı Məhəmməd Əli Kazımbəy olmuş azərbaycan əsilli rus şərqşünası, tarixçı, türkşünas və filoloqu. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

Həyatı

Atası Məhəmməd Qasım Kazımbəy Dərbəndin (o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş, sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Məkəyyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz Ardı »

AlimlərƏli Cavan

Əli Cavan – Amerika alimi, fizik, ABŞ Milli Elmlər Akademiyasının üzvü. Milliyyətcə azərbaycanlıdır.

1926-cı ildə Tehranda doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-a köçmüş, burada ali təhsil, sonra fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır-. 1958-61-ci illərdə Bell-Telefon laboratoriyalarında işlərnişdir. 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyir. Əli Cavanın tədqiqatları kvant elekrronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Qeyri-xətti spektroskopiyanın əsasım qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin gücləmnə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf etmişdir. 1966-cı ildə mod kəsişmələrinin effekti Ardı »

AlimlərArif Səlimov

Səlimov Arif Ağacan oğlu — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı

Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 nömrəli orta məktəbi bitirmiş və 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnistutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin aspiranturasında "həndəsə və topologiya" ixtisası üzrə təhsil almışdır. 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin[1] [2] elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-1995-ci illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında assistent ve dosent vəzifələrində çalışmışdır. 1998-ci ilin sentyabr ayında isə Kazan Dövlət Universitetində "həndəsə Ardı »