Müxtəlif → Əbdülqadir Marağayi-musiqi bilicilərinin padşahı
Azərbaycan xalqının həyatında musiqi qədim zamanlardan xüsusi yer tutmuşdur. Hələ orta əsrlərdə bütün Şərq musiqi nəzəriyyəsinin Səfiəddin Urməvi və Əbdülqadir Marağayi kimi korifeyləri meydana gəlmişdir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərq ölkələrində musiqi nəzəriyyəsinin inkişafı onların adları ilə sıx bağlıdır.
- Cənubi Azərbaycanı özlərinin yiyəlik etdikləri geniş ərazilərin mərkəzi etmiş monqol Xulaki hökmdarlarının imperiyası XIV əsrin ortalarında dağıldıqdan sonra Azərbaycanın şimalındakı Şirvan torpaqlarında Şirvanşahlar sülaləsi öz müstəqilliyini bərpa etmişdi. Ölkənin qalan hissələrində türk Cəlairlər sülaləsi möhkəmlənmişdi. Həmin dövrdə sənətkarlıq inkişaf etməyə, ticarət əlaqələri genişlənməyə başlamışdı. Gəncə, Şamaxı, Bərdə, Təbriz, Ərdəbil kimi şəhərlərlə yanaşı, Marağa da Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Şərq aləminin Ardı »