Müxtəlif → Dahilərin qəribə iş üslubu
Avstriya bəstəkarı İosif Haydn (1732-1809) Prusiya kralı II Fridrixin ona bağışladığı üzüyünü barmağına taxmamış musiqi bəstələməzdi.
Böyük ingilis şairi Con Milton (1608-1674) başını arxa tərəfə əyməmiş şeir yaza bilməzmiş.
Qədim dövrün ən görkəmli natiqi Demosfen uşaqlıqda pəltək imiş və danışarkən ciddi surətdə kəkələyirmiş. Uzun müddət inadla, təkidlə çalışmaq, məşq etmək, bu sahədə bütün iradə qüvvəsini səfərbərliyə almaq nəticəsində o, bu fiziki qüsuru aradan qaldırmağa və hətta öz dövrünün ən mahir natiqi olmaq səviyyəsinə nail olmuşdur.Edison özünün laboratoriyasında işləyən qıza yaxınlaşaraq soruşur:
- Siz Edisonun xanımı olmaq istərdinizmi?
Müsbət cavab aldıqdan sonra o, tezliklə toy gününü təyin edir. Toy günü Edison öz xanımından yarım saat Ardı »