Müxtəlif → Hüseyn xan Naxçıvanski
Naxçıvanski Hüseyn xan Kəlbəli xan oğlu (28 iyun, 1863, Naxçıvan – 1919, Petroqrad) — Rusiya imperiyasının azərbaycan əsilli hərbİ xadimi.Tam süvari qoşunu general-leytenantı (1915).
Həyatı
Hüseyn Xan Naxçıvanski Kəlbəli Xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. On beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir.
Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvaniyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir.
Tanınmış rus jurnalisti A. Kvitkanın "Zabaykalye kazak zabitinin gündəliyi" əsərində Naxçıvaninin alayının döyüş rəşadətindən də bəhs olunur. 1906-cı ildə leybqvardiya polkunun Ardı »