Şairlər və Yazıçılar → Abbas Hacıyev
Hacıyev Abbas Məhəmməd oğlu (1933-2011) — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973).
Həyatı
Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı (indiki Marneuli) rayonunun Sarvan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı pedaqoji texnikumunda (1948-1952), 1952-1957-ci illərdə isə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə adlı təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə Marneulidə müəllimlikdən başlamışdır (1957). Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər.
1959-1961-ci illərdə Marneuli rayon komsomol komitəsinin birinci katibi olmuşdur. Həmin dövrdə Borçalı türklərinin hüquqlarının qorunması, burada Azərbaycan mədəniyyəti Ardı »