Şairlər və Yazıçılar → Arif Abdullazadə
Abdullayev Arif Əbdürrəhman oğlu (Arif Abdullazadə) — şair, nasir, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977).
[redaktə]
Həyatı
Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961).
Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi (1961-1962), sonra Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1962-1968), böyük elmi işçi (1968-1976), aparıcı elmi işçi (1976-1993), Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır (1993-2002).
Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir (1970-1972).
2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir.
[redaktə]
Əsərləri
1. Arzular. Bakı: Azərnəşr, 1964, 143 Ardı »