Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarFirudin Köçərli

Köçərli Firudin Qasım oğlu – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, akademik.
Həyatı

Akademik Köçərli Firudin Qasım oğlu 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır.

F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetinin tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Ardı »

Şairlər və YazıçılarYusif Kərimov

Kərimov Yusif Abbas oğlu - nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975).[Mənbə göstərin]Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax

[redaktə]
Həyatı

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur.

Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957-1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964-1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) işləmişdir.

Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir (1978-1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981-1995). Ardı »

Şairlər və YazıçılarZeynal Cabbarzadə

Cabbarov Zeynal Əliabbas oğlu — şair, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1970).
[redaktə]
Həyatı

Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakıda dənizçi ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934-1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937-1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938-1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939-1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.

İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, piyada məktəbində kursant olmuş (1941-1942), kiçik leytenant rütbəsi ilə 416-cı atıcı diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi Ardı »

Şairlər və YazıçılarElçin Mirzəbəyli

Mirzəbəyli Elçin Əbdülrəhim oğlu - şair, jurnalist.
[redaktə]
Həyatı

Elçin Mirzəbəyli 1967-ci ildə doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtin adamı", "Bütöv Azərbaycan" şeir kitablarının müəllıfıdır. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkəyə və Rusiyada nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gündəlik yayımlanan "Xalq Cəbhəsi" qəzetinin baş redaktorudur. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
[redaktə]
Yaradıçılığı

AZADLIQ MARŞI

(Azərbaycan Milli Azadlıq Hərəkatının marşı. 1989-cu ildə yazılıb)
Musiqi: Heyrati
Söz: Elçin Mirzəbəyli

Ardı »

Şairlər və YazıçılarNizami Əlioğlu

Həyatı


Nizami Əlioğlu (Cavadov) 29 aprel 1949 - cu ildə Dəvəçi (indiki Şabran) şəhərində dəmiryolçu ailəsində anadan olub. 1966-cı ildə Dəvəçi şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunda (1966-1971-ci illər, həqiqi hərbi xidmət daxil olmaqla) təhsil alıb. Uzun illər dəmir yolunda müxtəlif vəzifələrdə çalışıb. Hazırda Güzdək stansiyasının rəis müavinidir. Qırx ilə yaxındır ki, respublika mətbuatında bədii və publisistik yazıları ilə çıxış edir. Ədəbi fəaliyyətə 60-ci illərin sonunda şeirlə başlayıb. Sonralar nəsr yaradıcılığı ilə məşğul olub. "Səksənim, doxsanım, yüzüm var hələ", "İlanlı ev", "Ömrə qovuşan yollar", "Ömür dastanı" kitablarının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Bİrliklərinin üzvüdür. Ardı »

Şairlər və YazıçılarŞahin Fazil

Fərzəliyev Şahin Fazil oğlu — şair, şərqşünas, tərcüməçi; Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-ci ildən); tarix elmləri namizədi (1974); Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix doktoru (1993); tarix elmləri doktoru (1996).
[redaktə]
Həyatı

Şahin Fazil 1940-cı ildə Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi (1958), ADU-nun şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir (1964). Ədəbi fəaliyyətə 50-ci illərdə başlamışdır. İlk mətbu şeiri "Qız bənövşə" "Qızıl Quba" qəzetində dərc edilmişdir (1958). Keçən əsrin 60-cı illərindən dövri mətbuatda şeir və publisistik məqalələrlə müntəzəm çıxış edir. İyirmi ildən çoxdur ki, orta əsrlər Azərbaycan feodal dövlətlərinin tədqiqi üzərində elmi fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinə Əfqanıstanda mütərcim kimi başlamışdır. Ardı »

Şairlər və YazıçılarYusif Şirvan

Əsgərov Yusif Əsgər oğlu Azərbaycan şairi
[redaktə]
Həyatı

1910-cu ildə Bakı quberniyasının Şamaxı şəhərində müəllim ailəsində anadan olmuşdur 8 yaşından ata-anasını itirdiyindən yetim qalmış, bacısı ilə birlikdə qohumlarının himayəsində boya-başa çatmışdır İbtidai məktəbi bitirəndən sonra Nuxa şəhər pedaqoji texnikumunda təhsil almışdır (1924-1928) Əmək fəaliyyətinə Şamaxı qəzasının Bicov kənd məktəbinin direktoru vəzifəsində başlamışdır 1929-cu il avqust ayından Lənkəran şəhər nümunəvi orta məktəbində dərs Hissə müdiri olmuş, bir ildən sonra Bakı Ali pedaqoji məktəbində təhsilini davam etdirmiş, eyni zamanda Azərkinoda bədii büronun üzvü (1930-1932), Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi idarə-sində siyasi redaktor (1932-1934) işləmişdir Ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış. mətbuatda oçerk, Hekayə, povest, roman və məqalələrini Ardı »

Şairlər və YazıçılarTacəddin Şahdağlı

Məmmədov Tacəddin Abdulla oğlu — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
[redaktə]
Həyatı

Tacəddin Abdulla oğlu Məmmədov (Şahdağlı) 29 mart 1928-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dülgər ailəsində anadan olub. Hal-hazırda Qəbələ şəhərində yaşayır. Evlidir, bir oğlu, beş qızı, 14 nəvəsi, 5 nəticəsi var.
[redaktə]
Təhsili və əmək fəaliyyəti

İbtidai təhsilini Xırxatala kənd məktəbində (1935 – 1939), orta təhsilini isə Bum kənd orta məktəbində (1939 0 1945) almışdır. O, Ağdaş Pedaqoji texnikumunda (1945 – 1948), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat (1953 – 1957) və Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsində (1969 – 1975) təhsil almışdır.

1950- 1952-ci illərdə orduda xidmət edərək, kiçik leytenant rütbəsində ehtiyata Ardı »