Şairlər və Yazıçılar → Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu – tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1955), professor (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1974).
[redaktə]
Həyatı
Məmməd Arif 1904-cü il iyunun 10-da Bakı şəhərində fəhlə ailələsində doğulmuşdur. Burada rus-tatar məktəbini bitirdikdən sonra bir müddət müəllimlik etmiş Bakı Xalq Maarifı İnstitutunda təhsilini davam etdirmişdir (1920-1925). ADU-nun şərq fakültəsini bitirmiş, Moskvada Sovet Şərqi Xalqları Elmi-Tədqiqat-İnstitutunun aspiranturasına daxil olmuşdur (1925-1931). Azərbaycan maarif komissarının müavini, eyni zamanda APİ-nin rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləmiş, ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri təyin edilmişdir (1932-38). Ardı »