Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarRamiz Abdullayev

[color=#fe5e5e]Abdullayev Ramiz Həbibulla oğlu (d.23 iyun, 1953) – şair, dramaturq, "Qızıl qələm" mükafatı laureatı.
[redaktə]
Həyatı

Abdullayev Ramiz Həbibulla oğlu 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-ci illərdə hərbi xidmətdə olub. 1975-ci ildə texnikumu bitirib. Müxtəlif vəzifələrində çalışıb.

1995-1999-ci illərdə "Elm və Təhsil Mərkəzi Təfəkkür" Universitetində təhsil alıb. 1996-ci ildən hal-hazıra qədər Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində rəis müavini vəzifəsində çalışır. "Fəxri dəmiryolçu" adına layiq görülüb. Bədii yaradıcılığla məşğul olur. Səkkiz şeir və və üç musiqili komediya kitabının müəllifidir.

Ramiz Abdullayev "Abdulla Şaiq", "Vətən", "Qızıl qələm", "Qızıl açar", "Qızıl Buta", "Dədə Ardı »

Şairlər və YazıçılarSəlim Babullaoğlu

Səlim Babullaoğlu — şair, tərcüməçi, esseist.
[redaktə]
Həyatı

Səlim Babullaoğlu 1972-ci ildə anadan olub. Onun tərcüməsində Orxan Vəlinin bütün şerləri (Türkiyə şairləri; 2005-ci ildə kitab şəklində), Sergey Yesenin, Mandelştam, İosif Brodski, Çeslav Miloş (2006-ci ildə kitab şəkilində) və Audenin şerləri tərcümə blokları şəklində nəşr olunmuşdur. "Tənha" adlı ilk şerlər toplusu 1996–cı ildə işiq üzü görüb. 2006-cı ildə Türkiyədə "İyunda oxunan nəğmələr" ("Haziranda okunan nağmeler") adlı şerlər kitabı, 2007-ci ildə isə Polşada, polyak dilinə çevrilmiş şerlər kitabı nəşr olunub. "Nar budağı", "Kitab–2003", "Kitab–2004" milli ədəbiyyat mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün müəyyənləşdirdiyi "İlin ən yaxşı tərcüməçisi", İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli Ardı »

Şairlər və YazıçılarHəzi Həsənli

Həzi Həsənli - şair, jurnalist.
[redaktə]
Həyatı

Həzi Həsənli 80-ci illərin ədəbi ünlü nümayəndələrindəndir.

Borçalının Faxralı elində doğulub.

"Kəhər at nalı neylər?..", "Düşüncənin yaşı", "Ömür körpüləri" və s. kitabları vardır.

Həzi Həsənli Bakı Dövlət Universitetini və İstanbul Universitetini bitirib.

Böyük Britaniyanın "Britaniya evi"ndə inglis dili üzrə təhsil alıb.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ayrı-ayrı ədəbi və media mükafatlarının laureatıdır.
[redaktə]
Kitabları
"Kəhər at nalı neylər?..",
"Düşüncənin yaşı",
"Ömür körpüləri" Ardı »

Şairlər və YazıçılarƏbdülbaqi Yusifzadə

Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
[redaktə]
Həyatı

1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində almışdır (1911-1916). Eyni zamanda çəkməçi yanında şagird olmuş, oradan tütün fabrikinə fəhləliyə keçmişdir. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur (1919). Əksinqilabi qiyam nəticəsində seminariya müvəqqəti bağlanmışdır (1920).

1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, Həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924). Təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir Ardı »

Şairlər və YazıçılarYusif Həsənbəy

Həsənbəyov Yusif Qonaq oğlu (Yusif Həsənbəy) – şair, dramaturq, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçlar Birliyinin üzvü.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Tərcümələri
5 Həmçinin bax

[redaktə]
Həyatı

Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Burada pedaqoji texnikumu bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956). Sonra Bakıda Azərbaycan LKGİ Səbayel rayon komitəsində təlimatçı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olmuşdur (1956-1969). Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil almışdır (1975-1977). Beynəlxalq PEN təşkilatı Azərbaycan PEN klubunun məsul katibidir (1990-cı ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədridir (1994-cü ildən).
[redaktə]
Yaradıcılığı

"Təhsildən Ardı »

Şairlər və YazıçılarSona xanım Axundova

Sona xanım İsgəndər bəy qızı Axundov - İsgəndər bəy Axundovın qızı, Qara Qarayevin anası

Sona xanım 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. On üç yaşında ikən valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib "Müqəddəs Nina" məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır. Sonra Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim Əbülfəz Qarayevlə ailə qurur. Lakin bundan sonra bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim, gözəl insan Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul Ardı »

Şairlər və YazıçılarGülarə Qədirbəyova

Qədirbəyova Gülarə İbrahimxəlil qızı (Köylü qızı Gülarə) — azərbaycanlı jurnalist.
[redaktə]
Həyatı

Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930-1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin Ardı »

Şairlər və YazıçılarNadir Vəlixanov

Nadir Vəlixanov - ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru [1]
[redaktə]
Həyatı

Nadir İbrahim oğlu Vəlixanov 21 noyabr 1926-cı il Şuşa şəhərində anadan olmuşdur. Süleyman Sani Axundovun nəslindəndir. Orta təhsilini 91 saylı Bakı şəhər məktəbində almışdır. 1943-cü ildə Birillik müəllimlər kursunu bitirmişdir. 1944-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etmişdir. 1950-ci ildə əmək fəaliyyətinə Sumqayıtdakı 25 saylı uşaq evində tərbiyəçi, tədris hissə müdiri kimi başlamışdır. 1951-1953-cü illərdə Bakıda 74 saylı fəhlə-gənclər məktəbində Azərbaycan dili müəllimi olmuşdur. 1953-1960-cı illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi vəzifəsində işləmişdir.

Nadir Vəlixanov 1961-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdır. Burada kiçik elmi işçi, böyük elmi Ardı »