Şairlər və Yazıçılar → Vasif Quliyev
Quliyev Vasif Xosrov oğlu - publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989).[Mənbə göstərin]
[redaktə]
Həyatı
Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969-1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı-çilingər kimi başlamışdır (1971-1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974-1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977-1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982-1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur.
Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır. "Ulduz", "Qobustan", "Müxbir" jurnallarında və qəzetlərdə publisist Ardı »