Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarKişilərin immun sistemi ilə xarici görünüşü arasında əlaqə tapılıb

Yaraşıqlı kişilər soyuqdəymədən daha az əziyyət çəkirlər. Məlumata görə, xarici görkəmlə güclü immun sistemi arasında əlaqə mövcuddur.
"Daily Mail" də yer alan məlumata görə, maraqlıdır ki, bu əlaqə ancaq kişilərdə müəyyən edilib. Qadınların görünüşü ilə immun sistemi arasında əlaqənin təsirləri haqqında bunu demək olmaz.

Finlandiyanın Turku Universitetinin alimləri gənc latış qızlarına hepatiti B 52-yə qarşı vaksin vurub və antitellərin, stress hormonları olan kortizol səviyyəsini ölçüblər. Daha sonra bu qadınların şəkilləri çəkilib və 18 metroseksual kişi tələbədən onları qiymətləndirmələrini istəyiblər.

"Kişilərdən fərqli olaraq qadınlarda immun sistemi ilə cəlbedcilikləri arasında əlaqə olmadığını müəyyən ediblər. Kortizolun səviyyəsinin ölçülməsi isə göstərdiki, stresdə olanda həm kişi, həm Ardı »

Maraqlı MəlumatlarSprey bütün qrip növlərini müalicə edəcək

Bildiyimiz kimi, qriplə mübarizədə ən böyük uğurlardan biri qripə qarşı peyvəndin kəşf olunması idi. Digər nailiyyətlərə isə təsirli spreyləri aid etmək olar.
Son zamanlar qripə qarşı inkişaf etdirilən spreylər arasında Şotlandiyanın St. ANDREW'S Universiteti xüsusi fərqlənib.
Məlumata görə bu sprey heyvanları da müalicə edir. Qrip xəstəliyinin əsas simptomları olan titrəmə, qızdırma, öskürək, zəiflik, müxtəlif bədən ağrıları və narahatlıqlara qarşı təsirlidir. Qrip törədici ünsürlərin ciyərlərə çəkilən hava ilə bədənə girərək şəkər molekullarına əsaslandığını qeyd edən elm adamları, molekulları gizlədən zülalın inkişafını xüsusi vurğulayıblar. Belə ki, bu zülalın olduğu sprey, bir dozada sıxıldığında bütün növ qrip xəstəliklərinə kömək edirmiş.
Qripə tutulmuş xəstələrin böyük bir qismi evdə Ardı »

Maraqlı MəlumatlarBeyin mayesi burnundan gəldi

ABŞ-da qəribə hadisə baş verib. Amerika mətbuatının verdiyi məlumata görə, Arizona ştatında yaşayan Coe Naqinin 18 ay dayanmadan burnundan maye gəlib. Burnunu çəkərək yaşamaqdan təngə gələn kişi uzun müddətdən sonra həkimə müraciət etməyə qərar verib.
İlkin müayinədən sonra əldə edilən nəticələr hətta həkimlərin özlərini belə şoka salıb.
Sən demə, burundan gələn maye heç də hər hansısa allergik reaksiyanın təsiri yox, beyin mayesi olub.

Naqi dərhal əməliyyat edilib və beyin zərindəki dəlik aradan qaldırılıb.
Əməliyyatı gerçəkləşdirən həkimlərin sözlərinə görə, insan beyni gündə 340 qram maye istehsal edir. Bu maye beynin qurumasına mane olur.
Başa alınan sərt zərbələr beyin zərinin deşilərək mayenin burundan axmasına Ardı »

Maraqlı MəlumatlarAlkoqol ürək xəstələrini ölməyə qoymur

Alkoqolun istifadəsi və zərəri ətrafında mübahisələr davam edir. ANS PRESS ABC NEWS-a istinadən xəbər verir ki, European Heart jurnalının tədqiqatlarına görə gündəlik 1-2 dəfə spirtli içki qəbulu ürək tutması olmuş kişilər üçün faydalıdır. Tədqiqatın müəllifləri doktor Cenifer Payın rəhbərliyi altında Briqam qadın xəstəxanasının əməkdaşlarıdır. Onlar həyat tərzi barədə suallara cavab verməli olan 1800-dən artıq ürək xəstəsini müşahidə ediblər.

Məlum olub ki, gündə iki dəfə spirtli içki içmək birinci dəfə ürək xəstəliyi ilə rastlaşan kişilərdə alkoqoldan istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliyi riskini 42 % azaldır. Başqa səbəblərdən ölüm riskini isə 12% azaldır. İçkinin növü isə burada xüsusi rol oynamır. Əsas məsələ içkinin Ardı »

Maraqlı Məlumatlarİşıqla müalicə

Qədim Çində yarandığı bildirilən və helioterapiya adı verilən bu müalicə üsulunun min illik tarixə malik olduğu deyilir.
Qədim Romada və Orta Asiyada yaşayan insanlar da bu üsuldan bəhrələniblər.
Əbəs yerə demirlər ki, günəş başlıca şəfa qaynağıdır. Günəş şüaları həmçinin orqanizm sümüklər üçün faydalı olan D vitaminini və stresi aradan qaldıran serotonin yaranmasını stimullaşdırdığı bildirilir. Göz üçün günəş işığı parlaq olmayan axşama yaxın ideal sayılır. Buna görə də yayda günəş qürub edərkən açıq havada gəzmək yaxşıdır. Bu zaman gün ərzində yorulmuş gözlər dincəlir.
Əsas şəfaverici sayılan günəşin bizə nə qədər lazım olduğunu hər an hiss edirik. Amma unutmaq olmaz ki, hər şey Ardı »

Maraqlı Məlumatlar8 oğul istərəm

ABŞ - ın Kaliforniya ştatında tibb aləmini şoka salan doğum hadisəsi baş verib. Belə ki, ana nə az nə çox düz 8 uşaq dunyaya gətirib. Mütəxəsislər bu hadisənin Amerika tibb tarixində bu halın 1998-ci ildə Texas ştatında baş verdiyini bildirmişlər lakin o zaman uşaqlardan birinin həyatın xilas etmək mümkün olmamışdır. Lakin indi isə həkimlər uşaqların vəziyyətlərinin normal olduğunu bildirirlər. Uşaqlardan altısı oğlan ikisi isə qızdır. İlk uşağın çəkisi 1,22 kilo, ən balacanın çəkisi isə 0,68 kilodur. Onlar 7 dəqiqə fasilə ilə dunyaya gəlmişlər.
Dr. Mandhir Guptanın CNN TV-yə verdiyi müsahibəsində ilk 72 saatın uşaqlar üçün kritik olduğunu və onları nəzarətdə saxladıqlarını bildirmişdir. Ardı »

Maraqlı MəlumatlarXarakterin meydana gəlməsində ailənin rolu

Davranış tipləri, xarakterin meydana gəlməsinə necə təsir edir? Bu sual istər psixologiya sahəsində fəaliyyət göstərən həkimləri, istərsə də günümüzdə adi insanlardan vəzifəli şəxslərə kimi hamımızı düşündürməlidir. Çünki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam bir mühitdə yetişməsi üçün hər birimiz öz əməyimizi əsirgəməməliyik. Bu baxımdan uşaqların xarakterli olması prosesində cəmiyyətin təsiri ilə bərabər ailə də əhəmiyyətli bir faktor hesab olunur. K.i.v də bu mövzu ilə əlaqədar yayımlanan məlumatların birində deyilir ki, uşaqlar özlərinə məxsus şəxsiyyət xüsusiyyətləriylə dünyaya gəlirlər. Hər uşaq fərqli xüsusiyyətlər daşıyır. Məlumatda xarakterin bir şəxsiyyət quruluşu olması və bu quruluşun ümumi xətlərlə daha doğulmadan təyin olunmuş olduğu bildirilir. Bundan əlavə qeyd Ardı »

Maraqlı MəlumatlarÇiçəklər beyni müalicə edir

Çiçəklər haqqında alimlər maraqlı bir fakt üzə çıxarıblar. Sən demə onlar təkcə estetik zövq predmeti deyil. Güllər insan beyninin müalicəsində əvəzsiz rol oynayır.
Çin alimlərinin sözlərinə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.

Belə ki, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır.

Asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır. Qalantamin nərgizin tərkibində də mövcuddur.
Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir. Ardı »