Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlar34 barmaqlı uşaq

Hindistanlı uşaq Ginnesin Rekordlar kitabına düşüb.

Hindistanda qeyri-adi görünüşü olan uşaq yaşayır. ANS-in xarici KİV istinadən verdiyi məlumata görə, uşağın qeyri-adiliyi onun barmaqlarının sayındadır.

Belə ki, azyaşlı hindlinin 34 barmağı var. Bir yaşlı Akşat Saxena bu görünüşünə görə, Ginnesin Rekordlar kitabına düşüb.

Uşağın hər əlində 7, ayaqlarında isə 10 barmağı var. Körpənin valideynləri bir necə ildən sonra əməliyyat vasitəsilə artıq barmaqlardan azad olmağı planlaşdırırlar.

Qeyd edək ki, Akşatın doğumuna kimi bu sahədə rekord 6 yaşlı çinli uşağa məxsus olub. Belə ki, onun əl və ayaqlarında 15 barmağı olub. Uşaq 7 saatlıq əməliyyatdan sonra standart barmaq sayına malik ola bilib. Ardı »

Maraqlı MəlumatlarSinə, ağ ciyər, nəfəs yolları

Nar çiçəyini qaynadıb bal ilə qarışdıraraq hər dəfə 1 qaşıq işlətmək sinəni təmizləyir. Yasəmən çiçəyinin də sinəni təmizləmək və yumşaldıcı xassəsi vardır. Moruğu bal ilə qarışdırıb yemək sinə üçün çox faydalıdır. Bu, xüsusilə soyuqdəymə hallarında tövsiyə edilir. Onun balda bişirilmiş mürəbbəsindən istifadə etmək daha yaxşıdır. Sinəni təmizləmək, üçün kəfi yığılmış beçə balından ilıq şərbət hazırlayaraq istifadə edirlər. Bu zaman həmçinin razyana toxumunu və kökünü qaynadaraq suyunu süzür, azca bal əlavə edərək içirlər. Baldırğanın kök və gövdəsindən hazırlanan içki də sinə üçün faydalıdır.
Soyuqdəymə və zökəm. Soyuqdəymə nəticəsində baş verən tumov, zökəm zamanı asqırma, öskürmə, yorğunluq, ağzın acı olması, temperatura, başağrısı Ardı »

Maraqlı MəlumatlarBaşında 3 il bıçaqla gəzən insan əməliyyat olundu

10 sm-lik bıçaq 3 saatlıq əməliyyatla çıxarılıb.
Braziliyada 29 yaşlı Edeilson Naskiento adlı kişi 3 il müddətində başındakı bıçaqla həyatda qalmağı bacarıb. Naskientonun başına 10 sm ölçüsündə bıçaq 2007-ci ildə getdiyi barlardan birində baş verən dava zamanı girib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həkimlər beyinə ziyan vuracaqlarından ehtiyat etdikləri üçün bıçağın sadəcə çöldə qalan hissəsini kəsiblər.

Bu müddət ərzində şiddətli baş ağrılarından əziyyət çəkən Braziliyanın üzərində yeni əməliyyat aparılmalı olub. 3 ildən sonra kəsici alətin daxilə nüfuz edən hissəsi saatlarla davam edən əməliyyatla ehtiyatla çıxarılıb. Hazırda özünü yaxşı hiss edən braziliyalı daha bir həftə həkim müşayiətində qalmalı olacaq. Ardı »

Maraqlı MəlumatlarUşağın cinsiyyəti nədən asılıdır.

Gələcək valideynlər çox vaxt körpənin cinsiyyətinin əvvəlcədən planlanmasını istəyirlər.
Bu məsələ hələ də aktual olaraq qalır.Amma bunu da bilmək lazımdır ki,gələcək körpənin cinsinin əvvəlcədən müəyyənləşdirilməsinin 100%li metodu yoxdur.
Cinsiyyət tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edilir, qadının isə bu işdə heç bir rolu yoxdur.
Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir Ardı »

Maraqlı MəlumatlarMeditasiya yalnızlıq hissini azaldır

Meditasiya, yaşlı insanlarda yalnızlıq hissini azaldır və onların ümumi sağlamlığına müsbət təsir edir.
8 həftə meditasiya ilə məşqul olan bir qrup insanda, yalnızlıq hissinin azaldığını müşahidə edən alimlər, onların sağlamlıqlarını analiz edərkən surpriz bir hal ilə qarşılaşdılar. Meditasiya, Alsheymer xəstəliyindən, ürək qan damar sistemi xəstəliklərindən və digər infeksion xəstəliklərdən mühafizə edir.
Meditasiya ilə məşqul olan insanlarda, 143-cü gen, iltihabi xəstəliklərdən mühafizə qeni dəyişmişdir. Bu dəyişiklik nəticəsində insanlarda iltihabi xəstəliklərə qarşı immunitet güclənmişdir.
Bu gen dəyişikliyinin, insan orqanizminə olan təsiri çox böyükdür. Bu dəyişiklik, orqanizmin böyük xəstəliklər spektrindən mühafizə edir.
Bu xəstəliklərə nümunə kimi, neyrodeqenerativ xəstəlikləri, urək qan damar sisteminin iltihabını və xərçəngin bəzi növlərini Ardı »

Maraqlı MəlumatlarHəkim xəstəni tikinti aləti ilə xilas edib

Avstriyada başından ağır yara almış 13 yaşlı yeniyetməni həyata qaytarmaq üçün həkim təmir zamanı istifadə edilən deşici alətdən istifadə edib.

Həkim yeniyetməni xilas etmək üçün cəmi bir neçə dəqiqəsinin olduğunu başa düşüb. Amma xəstənin başında deşik açmaq üçün ona lazım olan cərrah aləti həmin xəstəxanada yox imiş. Ona görə həkim xəstəxananın yerləşdiyi binanın təchizat otağından burğu götürərək oğlanın başında lazım olan deşiyi açıb.

Bundan sonra təyyarə ilə xəstə böyük xəstəxanaya götürülüb.

Mayın 18-də - 13 yaşı tamam olan gün isə yeniyetmə xəstəxanadan evə buraxılıb. Ardı »

Maraqlı MəlumatlarBuludlardakı gələcək şəhəri

Milli.Az bildirir ki, memarlıqla futurizmin bariz nümunəsi olan şəhərin 3D modeli Nyu-York peyzajları fonunda ərsəyə gətirilib. Su zanbağı çiçəyini xatırladan binalar səmada, hətta buludların üstündə şəhər həyatından yorulmuş insanların dincələ biləcəyi məkanlardır. Ardı »

Maraqlı MəlumatlarBaşa dəyən zərbə IQ-nü azaldır

Aparılan tədqiqatlara görə başa dəyən zərbələr və alınan fiziki zədələr, uşağın IQ səviyyəsinin düşməsinə təsir edir.
ABŞ-ın Florida Universitetinin elm adamları, yetkinlik dövründə zəka inkişafının yaxşı olduğunu bildirib. Məhz, bu dövrdə bəzi gənclərin döyüş idman növlərindən uzaq olmasını məsləhət görüblər. Tədqiqatçılar, bu yaşda alınan zədələrin, daha çox təhsil alan uşaqlarda intellektual səviyyəyə təsir etdiyini göstərib. Əvvəl edilən araşdırmalarda bir il məktəbə getməməyin IQ səviyyəsini 2-4 bal nisbətində saldığı bildirilir. Müqayisədən görünür ki, IQ-ə təsir göstərən baş zədəsi yetkinlik dövründə daha çox zəkaya və idraka təsir göstərir.
Məlumatda oda bildirilir ki, ABŞ-da litsey illərindən yetişkinlik dövrünə qədər təxminən 20 min Amerikalı gəncin səhiyyə Ardı »