Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarXəstənin bir böyrəyindən 285 daş çıxdı

Bu qədər daşın sadəcə sol böyrəkdən çıxdığını bildirən həkim sağ böyrəkdə də bu miqdarda daş ola biləcəyini söyləyib.
Türkiyədə böyrək ağrıları şikayəti ilə xəstəxanaya müraciət edən xəstənin böyrəyindən əməliyatla 285 ədəd daş çıxarılıb.
"Cihan" xəbər verir ki, Çanaqqala şəhəri sakini 61 yaşlı Mehmet Karamanın böyrəyindən çıxan daşların çoxluğu həkimləri də təəccübləndirib.
Bu qədər daşın sadəcə sol böyrəkdən çıxdığını bildirən həkim sağ böyrəkdə də təxminən bu miqdarda daş ola biləcəyini deyib.
Həkim həmçinin Karamanın böyrəyinin normal insan böyrəyindən fərqli olduğunu, bu səbəblə də bu qədər çox daşın bu orqana sığdığını deyib.

Xəstə Mehmet Karaman isə 20 ildir böyrəyində narahatlıq olduğunu, yaxın vaxtlarda sağ böyrəyinə də Ardı »

Maraqlı MəlumatlarÜrəyi qarnında olan uşaq

Çin həkimləri analoqu olmayan əməliyyata hazırlaşırlar. Çin həkimləri 4 yaşlı uşaq üzərində analoqu olmayan əməliyyata hazırlaşırlar. Lent.az-ın "medportal.ru" saytına istinadən verdiyi məlumata gцrə, uşağın ürəyi qarnında dərisinin altında yerləşir.

Lyaonin əyalətindəki Xetay kəndinin sakini olan Çjanın ürəyi ana bətni daxilindəki anomal inkişaf səbəbindən ancaq qarın divarlarının dərisi ilə örtülüb. Ardı »

Maraqlı MəlumatlarABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

ABŞ Ərzaq Qidaları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi ekspertlərin məsləhətəniə əməl edəcəyi təqdirdə, "Truvada" Amerikada bu yöndə istehsal edilən ilk dərman olacaq.
Bir qrup ekspert Amerika hökumətinə insanda HİV xəstəliyinə yoluxmanın qarşısını ala bilən «Truvada» dərman preparatının buraxılışını tövsiyə ediblər.

ABŞ Ərzaq Qidaları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi ekspertlərin məsləhətinə əməl edəcəyi təqdirdə, «Truvada» Amerikada bu yöndə istehsal edilən ilk dərman olacaq.

Zəmanət verməzdən əvvəl ekspertlər uzun müddət məsləhətləşiblər. Onların bəziləri hesab edib ki, belə profilaktik vasitənin olması ehtimalı belə insanların xəstəlik barədə ayıqlığına zədə vura bilər. Ardı »

Maraqlı MəlumatlarNaringi haqqında ağlasığmaz iddia

Qış mövsümünün ən sevimli meyvələrindən olan naringi ilə bağlı ağlasığmaz iddialar ortaya atılıb. Türkiyə tərəvəzçilər, meyvəçilər, səyyar satıcılar federasiyasının rəhbəri Mehmet Çakmanın sözlərinə görə, naringi ağacdan hələ yaşıl rəngdə olanda toplanır. İstehsalçıya çatdırılana kimi bəzi kimyəvi proseslərdən keçir.

Belə ki, naringi və portağal toplandıqdan sonra qapalı məkanda saxlanılır. Onların üzərinə "etilen qazı'' sıxılaraq saraldılırlar. Daha sonra isə meyvələrin dayanıqlı və parlaqlığını təmin etmək üçün mumiyalanma prosesi həyata keçirilir.

Çakman bildirib ki, əslində meyvələrdə diqqətli şəkildə istifadə edilən bu kimi dərmanlar insan sağlamlığına zərər verməyəcək səviyyədə olur. Ancaq zaman-zaman naringi və portağalın üzərində normadan artıq dərman qalıqları qalır.

Federasiya Ardı »

Maraqlı MəlumatlarAlimlərin araşdırması süd vəzinin xərçəngi xəstəliyinin daha bir səbəbini üzə çıxarıb

Rusiya mətbuatının verdiyi məlumata görə, sutkada 12 saatdan artıq büstqalterdə olmaq süd vəzinin xərçəngi riskini xeyli artırır.

Mütəxəssislər bildirirlər ki, bu, həmin qadının sinəsində bədxassəli şişin yaranması riskini 10% artırır.

"Büstqalter alarkən onun pambıq olmasına diqqət yetirmək lazımdır. Bu geyimi çıxartmadan yatmaq isə qətiyyən olmaz!" - deyə tədqiqat müəllifləri bildirirlər. Ardı »

Maraqlı MəlumatlarQadınlar üçün ən yorucu gün çərşənbədir

Elm adamları, bəzi qadınların həftənin bütün günü deyil, xüsusi ilə çərşənbə günü daha çox yorulduqlarını tədqiq ediblər.
Bir kosmetologiya firması tərəfindən aparılan təcrübə və tədqiqatlarda İngiltərədə və ABŞ-da yüzlərlə qadının iştirakı sayəsində hər 10 qadından birinin çərşənbə günü həftənin ən stresli günü olaraq görüldüyü müəyyən olunub.
Bu stress və yorğunluq öz təsirini göstərməklə qadınların özlərini olduqca yorğun və yaşlı hiss etməsinə səbəb olurmuş.
Qadınların özlərini ən xoşbəxt hiss etdikləri günün isə cümə günü olduğunu müəyyən ediblər.
Bazar ertəsi gecəsi isə qadınların yuxusuzluqdan ən çox şikayət etdikləri gecə olaraq təyin olunub.
Onlar verilən məlumatlara görə öz tədqiqatlarında çərşənbə gününün, qadınların ümumiyyətlə bazar Ardı »

Maraqlı MəlumatlarQəribə bir maddədən kök hüceyrəsi

Məlumata görə Çində elm adamları, heç ağla gəlməyən bir maddədən kök hüceyrəsi düzəldiblər. Verilən xəbərdə onların insan sidiyindən kök hüceyrəsi hazırladıqları deyilir. Həmin hüceyrələrin beyin və sinir hüceyrələri istehsalında istifadəsi nəzərdə tutulub. Çində aparılan təcrübələrdə sidiyin tərkibində böyrək hüceyrələri təhlil edilərək, həmin hüceyrələr alınıb. Elm adamları, tapdıqları yeni üsulla, 12 gün içində kök hüceyrə çıxarmağı bacardıqlarını, qısa bir müddət sonra da kök hüceyrədən sinir hüceyrələri əldə etdiklərini ifadə ediblər.
Şərhə görə, sinir hüceyrələri, təcrübələr zamanı yeni doğulmuş bir siçanın beyninə inyeksiya olunub.
Bu hadisədən sonra onda bir şiş ya da deformasiya müşahidə olunmayıb.
Çinli elm adamları, indiki hədəflərinin, sidikdən əldə edilən kök Ardı »

Maraqlı MəlumatlarAlma ömrü 17 il uzadır

Alma insan orqanizminin cavan qalmasına kцmək edir...
İngiltərənin Noriз Universitetinin alimləri belə bir qənaətə gəlib. Alimlər almanın tərkibində ьrəyi cavanlaşdıran, qan dцvranını yaxşılaşdıran, immuniteti gьcləndirən mьrəkkəb element aşkar ediblər. «Epaktehin polifenol» adlı element ьrək-damar sisteminə ən yaxşı təsir edən və damarların elastikliyini qoruyub saxlayan nadir maddələrdən biridir.
Britaniyalı alimlər iddia edirlər ki, mьtəmadi olaraq alma yeyən şəxslərin damarlarının divarları elastik olur ki, bu da onları ьrək xəstəlikləri, infarkt və insultdan daha зox qoruyur. Təcrьbələr zamanı 1000 kцnьllь mьtəmadi olaraq alma şirəsi qəbul edib. Tədqiqatın nəticələri belədir ki, bu şəxslərin orqanizmi minimum 17 il cavanlaşıb. Ardı »