Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

ŞirniyyatlarKremli çiçək peçenyesi

Kremli çiçək peçenyesi

MATERİAL SİYAHISI:

2,5 su stəkanı un
2 xörək qaşığı kakao
1 çay stəkanı şəkər kirşanı
2 yumurta
125 q kərə yağı
1 xörək qaşığı qatıq

KREMİ ÜÇÜN:

2 su stəkanı süd
2 xörək qaşığı un
1 şirin qaşığı nişasta
1 çay stəkanı toz şəkər
1 xörək qaşığı labne

ÜZƏRİ ÜÇÜN:

Əridilmiş şokolad

İÇİ:

Unu qarışdırma qabına alırıq. Kirşanı şəkərini, kakao əlavə edirik və əlimizlə qarışdırırıq. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq, yumurtaları qırırıq. Qatığını qoyuruq. Ortadakı materialları qarişdırdıqdan sonra kənardan un alaraq xəmiri yoğururuq. Xəmirin konsistensiya ortaya çıxanda yuvarlayırıq.
Ardı »

"Azərbaycan Demokratik Respublikası"Şimal və Cənub qruplarının hərəkəti

Qafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının köməyinə göndərildi. Petrov və tabeliyindəki qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatdı. Şaumyan tərəfindən Bakı Hərbi Komissarlığına gətirildi. Bakı və ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə xitabən bir bildiriş yayan Petrov, Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsin silaha sarılaraq onlara kömək etmələrini istəmişdi[92]. Bakının şimalındakı Şamaxı və Ardı »

D hərfiDÜŞMƏK (yıxılmaq)

Röyada yıxıldığını görən adam çox üzülməməlidir, yuxuda yıxılan gec-tez yıxılacaq demək deyil. O, diqqətli hərəkət etməsə yıxıla bilər. Çox yüksəklərdən düşmək-pul xərcləyərkən diqqətli olmasanız və ağıllı hərəkət etməsəniz iş həyatında uğursuzluğa uğrayacaqsınız. Pəncərədə və ya körpüdən yıxılmaq-sağlamlıq qaydalarına və tibbi qadağalara əməl etmədiyiniz təqdirdə səhhətinizin pozulacağı anlamına gəlir. Nərdivandan, yaxud damdab yıxılmaq-işinizə ürəkdən can yandırmasanız, qabağa çəkilmək niyyətində olduğunuz iş, umduğunuz vəzifə başqasına veriləcəkdir. Ardı »

Sevgi varmı?SENI EVVELKINDENDE COX SEVIREM....

Sən məni çətinə, dara saldıqca mən dahada sənə bağlanıram. Səni öyrənmək, səni kəşf etmək mənim ən böyük hobbimdir.. Bəzən gülüdürsən bəzən ağlatırsan, amma yaxşı dərslər verirsən... Yaman qəzəbli olursan bəzən, onda səndən çox qorxuram, amma ən çətin anlarımda qarşıma ən gözəl surprizləri sən çıxarırsan. Sən məni incitdikcə, cəzallandırdıqca mən seni daha çox sevirəm... Sən məni bezdirməyə çalışsanda mən dahada güclənirəm.

Sən məni atıb getmək istəsəndə mən daima sənin arxanca gələcəm... Çox vaxt fikirlərimi, düşüncələrimi, gələcək planlaımı alt-üst edirsən, amma sən belə elədikcə mən daha doğru qərarlar verirəm... Ən çox dəyər verdiyim hislərimi, dəyərlərimi məndən uzaqlaşdırdın. Amma mən yenə sənə daha çox bağlandım. Ardı »

Qezeller"'Gəl-gəl' deyə hicrində kaman tək mələdim mən"

'Gəl-gəl' deyə hicrində kaman tək mələdim mən,
Bir ömrü sənin eşqinə qurban elədim mən.

Asudə tifildin, nə qəmin vardı, nə dərdin,
Dərdimlə sənin gözlərini sürmələdim mən.

Hissim sənə 'gəl-gəl' dedi, əqlim dedi 'get-get'
Bu qanlı döyüşdən mənə imdad dilədim mən.

Eşqim də qaxınc oldu mənim başıma hər gün,
Bir eşqin ucundan nə qədər tənə yedim mən.

Öz hissini dustaq eləyən Bəxtiyar olmaz,
Öz eşqimə, öz könlümü zindan elədim mən. Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriMakiyajsız necə gözəl olmaq olar?

[color=#b53dd2][b]Kim deyir ki, “makiyajsız gözəl olmaq mümkün deyil”, əlbəttə ki, makiyajsız da çox gözəl olmaq mümkündür.

Necə?

Ilk növbədə günəş kremindən istifadə etməyi vərdiş halına gətirin. Bostonlu dermatoloq Ranella Hirsch “1, 2, və 3” nömrəli ipucunun günəş kremi vurmağın olduğunu deyir. Günəş şüaları dəri üçün hətta, fəlakət sayıla bilər. Rəng solğunluğu və quruluq günəş şüalarının dəriyə mənfi nəticəsidir. Bunların hamısı dərinin parlaqlığını itirməsinə sonda isə qırışıqlığa gətirib çıxarır.

Dərinizin daha gəncmiş kimi davranmasına yardımçı olun. Dr. Hirsch makiyajsız gözəl olmağın ən vacib şərtlərindən biri kimi üz dərisinə oksigenin əhəmiyyətini xüsusi vurğulayıb. Bəs bunu necə etmək olar? Mütəxəssis qeyd edir ki, bunun üçün gün ərzində Ardı »

ÜmumiChikwawa (mahal)

Coğrafiya[redaktə]
Chikwawa ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Chikwawa şəhəridir. Mahal şərqdə Thyolo mahalı, şimal-şərqdə Blantyre mahalı, şimalda Mwanza mahalı, cənub-şərqində Nsanje mahalı, qərb və cənubunda isə Mozambik ilə qonşudur.



Əhali[redaktə]
Chikwawa mahalında 438,895 nəfər yaşayır.

Şəhərləri[redaktə]
Chikwawa Ardı »

Q hərfiQÜBBƏ

Röyada qübbə-qadın deməkdir. Qübbə düzəltmək və ya satın almaq-evlənməyə yozulur.
Röyada qübbə sahibi olmaq-vəzifə sahibi olmağa işarədir.
Çoxlu qübbə və günbəz görmək, yaxud tikmək-röya sahibinin şan-şöhrətinin artacağını, iqtidar sahibi olacağını göstərir.
Yuxuda qübbə və onun üstündə quş görmək-röya sahibi rütbəcə yüksələcək. Bulud üzərində qübbə tikmək-qadına, qüvvətə və xoşbəxtliyə qovuşmağa işarədir.
Özünü çoxlu yaşıl qübbələr arasında görmək-röya sahibini gözəl işlər gördüyünə və şəhid olaraq öləcəyinə yozulur.
Ev içində qübbə görmək-qadın tərəfindən əldə ediləcək yüksək məqam anlamına gəlir. Ardı »