beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pendirli qutab
Pendirli qutab

MATERİAL SİYAHISI:

1 paket paxlava yuxa
1 kasa kəsmik
1 kasa ağ pendir
1 dəstə cəfəri
125 q kərə yağı

İÇİ:

Qarışdırma qabına kəsmik pendirini qoyuruq. Ağ pendiri içinə xırda-xırda doğrayırıq . Cəfəri incə nazik doğrayırıq və pendirə əlavə edib qarışdırırıq. 4 dəfə paxlava yuxalarnı aralarını yağ sürtmədən üst-üstə qoyuruq. Bir kənarına pendirli xərcdən qoyuruq və rulon şəklində bükürük. Yağlanmış soba xonçasına rulonları düzürük Material qurtarana qədər bu prosesə davam edirik. Kərə yağını əridirik və rulonların üstünə kərə yağını bol sürürük. Piroqları 4 barmaq qalınlığında dilimləyirik. 10 dəqiqə qədər yağını çəkməsi üçün saxlayırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.


Tarix: 12.05.2015 / 19:45 Müəllif: Nurana Baxılıb: 146 Bölmə: Xəmir xörəkləri