beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XƏMİRAŞI

Qoyun əti – 163 q,

buğda unu – 35 q,

yumurta -1/4 əd.,

ərinmiş yağ – 10 q,

ağ lobya – 20 q,

şərab sirkəsi – 10 q,

baş soğan – 20 q,

keşniş – 20 q,

quru nanə - 1 q,

istiot,

duz.


Qoyun əti qiyməsindən hər pay üçün 5-6 ədəd xırda küftələr hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında yayılır, üstünə un töküb 5 sm enində nazik lentlər kəsilib əriştə doğranır. Bulyona əvvəlcə ət küftələri salınıb bişirilir, sonra əriştə və bişmiş lobya qatılıb hazır vəziyyətə gətirilir.

Hazır xörəyə doğranmış göyərti, süfrəyə verdikdə isə quru nanə səpilir. Şərab sirkəsi ayrıca verilir.


Tarix: 21.12.2012 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 326 Bölmə: Xəmir xörəkləri