Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pendirli böyrək
Pendirli böyrək

MATERİAL SİYAHISI:

1 paket paxlava yuxası
1 kasa kəsmik
1 kasa ağ pendir
1 dəstə cəfəri
125 q kərə yağı

İÇİ:

Qarışdırma qabına kəsmik pendirini qoyuruq. Ağ pendiri içinə xırda-xırda doğruyurug. Cəfəri incə nazik doğrayırıq və pendirə əlavə edib qarışdırırıq. 4 dənə paxlava yuxasının aralarını yağ sürtmədən üst-üstə qoyuruq. Bir kənarına pendirli xərcdən qoyuruq və rulon şəklində bükürük. Yağlanmış soba xonçasına rulonları düzürük Material qurtarana qədər bu prosesə davam edirik. Kərə yağını əridirik və rulonların üstünə kərə yağını bol sürürük. Piroqları 4 barmaq qalınlığında dilimləyirik10 dəqiqə qədər yağını çəkməsi üçün saxlayırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.


Tarix: 08.04.2015 / 13:11 Müəllif: Nurana Baxılıb: 110 Bölmə: Xəmir xörəkləri
loading...