beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyərti ilə kəsmik qutabı

Göyərti 200q,

ispanaq – 75q,

turşəng - 76q,

göy soğan – 25q

keşniş və şüyüd - 25q,

kəsmik – 100q,

buğda unu – 140q,

ərinmiş yağ – 20q

, kərə yağı – 20q,

yumurta – 1/5 əd.,

istiot, duz.


Göyərti təmizlənir, yuyulur və yağda qızardılmış soğanla pörtlədilir. Soyuduqdan sonra göyərtiyə kəsmik, istiot və duz qatılıb yaxşıca qarışdırılır. Una duz, yumurta və su qatılıb xəmir yoğrulur, kündələnir, 1mm qalınlığında kiçik dairələrə yayılır. Yayılmış xəmirin arasına göyərti ilə kəsmik qiyməsi qoyulur, ayparaşəklində bükülür və qızğın tavada hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə əridilmiş kərə yağı tökülür.


Tarix: 12.12.2012 / 11:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Xəmir xörəkləri