beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gürcü xəngəli

Gürcü xəngəli – resept.

İstifadə olunan məmulatlar :

Xəmir üçün:
3 st. un
1 st.su
1 yumurta
duz
İç üçün:
250 qr yağlı qoyun əti
200 qr mal əti
3 baş soğan
qırmızı və qara istiot
su,duz


Hazırlanması:

Ələnmiş una ilıq su,yumurta,duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur.

İç üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir,duz və istiotlat vurulur.
Xəmir kiçik hissələrə ayrılır,kündələnir.

Hər kündə yayılaraq içinə qiymə qoyulur.
Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz

Xəmirin kənarı şəkildə göstərildiyi qaydada bükülür.

Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bışırilir.


Tarix: 12.12.2012 / 11:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 392 Bölmə: Xəmir xörəkləri