Süzmə xingal
						Qoyun əti – 165q,
 buğda unu – 100q, 
yumurta 1/5 əd., baş soğan – 30q,
 ərinmiş yağ – 20q, 
pendir – 15q, 
qatıq – 50q, 
sarımsaq – 3q,
 zəfəran – 0,1q,
 istiot – 0,1 q, duz.
Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5×5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Tarix: 12.12.2012 / 11:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 326 Bölmə: Xəmir xörəkləri
loading...