beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Düşbərəsi

300 gr ət qiyməsi (mal əti ilə qoyun ətin qarışması daha ləzətlidir)

150 gr çəkilmiş soğan

Duz, istiot

250-270 gr un

1 yumurta

100 ml su
1 çay qaş. duz

1 dəstə keşniş

1 orta pomidor

1 sərmisaq

7-8 çay qaş. sirkə


Ət soğanla yaxşı qarışdırıılır, duz və istiot əlavə edilir, sonra xırda kəsilmiş goyərti də qatılır. Undan su, duz və yumurta ilə bərk olmayan xəmir yoğrulur. Xəmir bir qədər duzlu, elastik olmalıdır və ələ yapıshmamalıdır. Xəmir 150-180 gramlıq dörd kündəyə bölünür.

Kündələr dəsmalın üstünə qoyulur və qurumamaq üçün selofanla örtülür. 5-10 dəqiqə kündələr qalır, “özlərinə gəlmək üçün”. Nazik yuxa alınanadək kündə oxlov ilə yayilir. Xəmiri yayarkən, oxlova yapışmamaq üçün un əlavə olunur.

Yuxanın nazikliyi 1 mm-dək olmalıdır. Nə qədər nazikdirsə, o qədər yaxşıdır. Məndə kündədən təxminən 70 sm. diametrli yuxa alınır. Yayılmış xəmir kiçik kvadratlara – 1,5×1,5 sm kəsilir. Hər kvadratın içinə ət qiyməsi qoyulur.

Sonra içi dolu hər kvadrat yarıdan bükülür və qıraqları yapışdırılır. Düzbucaqlı dördbucağın iki qırağı aşaği aparılıb birləşdirilir. Sanki ləçəkdə kiçicik bir baş alınır.

Bu düşbərələr bir dəsmalla örtülmüş məcməyinin içinə yığılır. Qazanda zövqə uyğun dərəcədə duzlu su qaynadılır. 2 kündənin düşbərəsinə mən təxminən 1,5 l su götürürəm. Xırdalanmış pomidor qaynayan suya tökülür. Pomidor 1-2 dəqiqə bişəndən sonra düşbırələri məcməyidən ovcunuza alıb, qazana tökün və qarışdırın.

Bişənədək qazanın yanında duraraq vaxtaşırı qarışdırın. Duzluluğunu yoxlayıb, zövqünüzə uyğunlaşdırın. Düşbərələr təxminən 15 dəqiqə bişməlidir. Bir düşbərəni dadıb, ətin bişməsini yoxlayın, hazırdırsa qazanı plitədən götürün. Dərin kasaya kəsilmiş kişniş tökün və düşbərəni qazandan kasaya çəkin. Düşbərəni sirkə-sarımsaqla (xirdalanmış) süfrəyə verirlər.

Nuş olsun!


Tarix: 12.12.2012 / 10:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Xəmir xörəkləri