beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni bagışlamaz Kəlbəcər Allah

Çəkdilər sinəmə hicran dagını,
Söndürdülər yanan od-ocagımı.
Töksələr gözümə yad torpagını,
Məni bagışlamaz Kəlbəcər,ALLAH!
“““““““““““““““““““““““
Mənə həyat verib öz qucagından,
Canıma can verib saf bulagından.
Öpməsəm son dəfə mən torpagından,
Məni bagışlamaz Kəlbəcər , ALLAH!
““““““““““““““““““““““
Dönmədi gəldiyim o yollar geri,
Onun həsrətindən ölürəm , diri.
Qoynunda boş qalsa bir qəbir yeri,
Məni bagışlamaz Kəlbəcər , ALLAH!
““““““““““““““““““““““`
Yaşaram ömürdən,talehdən küsgün,
Onun həsrətindən olmuşam üzgün.
Məhəmmədəliyəm anmasam bir gün,
Məni bagışlamaz Kəlbəcər , ALLAH!


Tarix: 26.12.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: VƏTƏN ŞEİRLƏRİ