beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ulu Naxçıvan

Tarixlər görmüsən az deyil yaşın,
Keçmişdə bəlalar çəkibdir başın.
Nuhu görübdür torpağın-daşın,
Dahilər məskəni Ulu Naxçıvan

Bəzənib nə qəşəng yenə hər yanın
Açıbdır gül-çiçək bağın, bostanın,
Fərəh verir bizə bu gözəl anın,
Dahilər məskəni Ulu Naxçıvan.

Səni görən bilməz nə qəm, nə kədər,
Fərəhdən, nəşədən qəlbi sevinər.
Son yadigarındır Əliyev Heydər,
Dahilər məskəni Ulu Naxçıvan.

Səadət ulduzun göylərdə parlar,
Xeyirxah oğullar edər iftixar.
İlham Əliyev tək övladın var,
Dahilər məskanı Ulu Naxçıvan.


Tarix: 26.12.2014 / 16:43 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: VƏTƏN ŞEİRLƏRİ